Azərbaycanlı FIFA referiləri beynəlxalq turnirə təyinat alıblar

img

06-06-2023 [12:39]


FIFA referisi Əliyar Ağayev və FIFA referi köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli beynəlxalq turnirə təyinat alıblar.

Mia.az xəbər verir ki, hakimlərimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcəklər.

Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birlikdə təşkil etdiyi UEFA U-21 Avropa çempionatının final mərhələsi 21 iyun - 9 iyul tarixləri arasında keçiriləcək.

Fəıid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR