Hakan Fidandan XİN başçısı kimi ilk açıqlama: "Allah bizi utandırmasın"

img

05-06-2023 [11:39]


Xarici İşlər Naziri vəzifəsinə təyin olunan Hakan Fidan az əvəvl Mövlud Mövlud Çavuşoğlundan vəzifə alıb. 

Mia.az Türkiyə mətuatına istinadla xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Hakan Fidan ilk açıqlamasını verib.

Nazir Fidan deyib: "MİT-də 13 illik fəaliyyətimdən sonra Xarici İşlər Nazirliyinə təyin olunduğu üçün Prezidentimizə təşəkkürümü bildirirəm. Hörmətli Çavuşoğlu ilə dostluğumuz məktəbdən başlayıb. O, dövlət xadimi və dost kimi üstün keyfiyyətlər nümayiş etdirib.

Mən fəxr edirəm ki, bu gün Cümhuriyyətimizin 100 illik yubileyində sizlərlə bərabərəm. Dövlətimizin və millətimizin bütövlüyü və rifahı üçün hər cür fədakarlığı edəcəyik. Dövlətimizə, millətimizə, ölkəmizə xeyirli olsun.Allah bizi utandırmasın"

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR