Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb - Nələr müzakirə olunub?

img

02-06-2023 [12:33]


Azərbaycanın Baş naziri Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin önəmi qeyd edilib. İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər müzakirə olunub.

Görüşdə həmçinin Azərbaycanın paytaxtında keçirilən Bakı Enerji Həftəsinin əhəmiyyəti vurğulanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR