İranda itkin düşən Fərid Səfərli casusluq maddəsi ilə həbs olunub - Anası danışdı, rəsmi Bakı açıqlama yaydı (Yenilənib)
02-06-2023 [12:20]
İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunmasına münasibət bildirərkən deyib.
O xatırladıb ki, Fərid Səfərli barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni martın 9-dan etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İranın məsələyə aydınlıq gətirməsi məqsədilə müvafiq olaraq İranın Azərbaycandakı Səfirliyinə nota ünvanlanıb: Çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib. Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən həm Xarici İşlər Nazirliyi, həm də Təbrizdəki Baş Konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılır. Bununla yanaşı, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş Konsulluğumuzun Fərid Səfərli ilə görüş keçirməsi üçün tədbirlər görülür".
***
Üç aya yaxındır ki, müəmmalı şəkildə itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli İranda həbs edilib.
Mia.az xəbər verir ki, bu barədə Musavat.com-a açıqlamasında Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.
O qeyd edib ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən ünvanlanan məktubda bildirilib: “Bu gün XİN-dən məktub aldıq, orada bildirilir ki, Fəridi İranda casusluq maddəsi ilə həbs ediblər. Mən sabah Prezident İlham Əliyevə müraciət hazırlayacağam. Oğlumun oradan qurtulması yalnız ölkə başçısının köməyi ilə ola bilər. Çünki casusluq elə bir ittihamdır ki, Pezident bu məsələyə müdaxilə etməsə, inanmıram uşağı oradan xilas etmək mümkün olsun”.
Qeyd edək ki, Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərlinin martın 3-də İranda müəmmalı şəkildə itkin düşmüşdü.
Azərbaycan Xarici İşlər Nazirliyi rəsmən İran tərəfinə müraciət edib.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şarl Mişeldən Bakı ilə Yerevan arasındakı son anlaşmaya reaksiya: "Bu, "Brüssel prosesi"nin əsas məqsədi olub və..."
Türkiyə ilə Yunanıstan arasında yeni müqavilələr imzalanıb - SİYAHI
AZƏRBAYCANLA ERMƏNİSTAN RAZILAŞDI: əsir hərbçilər dəyişdirilir, Yerevan COP29-a ev sahibliyinə Bakının xeyrinə geri çəkilir və... (SİYAHI)
Yağışlı hava dekabrın 10-dək davam edəcək
Şəhid ailələrinə güzəştlərlə bağlı yeni qərar verildi - DETALLAR
Azərbaycanla İraq arasında yeni sənədlər imzalanıb - FOTO
Məşhur aktrisa bələdiyyə sədrliyinə iddialı oldu
BMT-nin Qəzzada 132 əməkdaşı həlak olub
Xarici İşlər Nazirliyi mina qurbanları ilə bağlı paylaşım edib
Yeni binalarda elektrik, su və qaz sayğacları: şirkət buna görə əlavə pul ala bilər? - RƏSMİ XƏBƏRDARLIQ
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğan Afina Bəyannaməsini imzalayıb - Nələr olacaq?
Məhərrəm İncə Əkrəm İmamoğlu ilə nəyə razılaşıb? - Açıqlama
Əli Əsədov Böyük Britaniya Dövlət katibinin müavini ilə görüşüb
Miçotakis: "Ərdoğanla Türkiyə vətəndaşlarının Ege adalarına vizasız gediş-gəlişini müzakirə etdik"
"Beşiktaş" - "Fənərbağça" derbisinin hakimi bəlli olub
Azərbaycan və Türkiyə generalları arasında görüş olub
Banka olan dollar borcu olan şəxsi aldadana cəza kəsildi
Ölkədə erkən seçki: səbəbləri çox açıqdır - Bahəddin Həzi yazır
Prezident Ərdoğan Mitsotakis ilə görüşüb - FOTOLAR
Şenol Günəş: "Azərbaycan millisində işləməkdən qürur duyaram"
Füzuliyə daha 80 nəfər köçürülüb
BBC-nin aparıcısının bu hərəkəti gündəm oldu - FOTOLAR
Ərdoğan və heyəti 6 il sonra yenidən Afinada: "Burada olmaqdan xoşbəxtəm" - YENİLƏNİB
ŞUŞADA BİR NƏFƏR MİNAYA DÜŞÜB - Açıqlama (Yenilənib)
Növbədənkənar seçki niyə elan edildi? - 4 VACİB AMİL və... (TƏHLİL)
“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
Rusiyada məktəbli qız dəhşət saçdı: 1 şagirdi öldürdü, 5-ni yaraladı, daha sonra isə...
Azərbaycan beynəlxalq axtarışda olan şəxsləri Rusiyaya təhvil verib
Vilayət Eyvazov daha 37 qazini polisə işə götürdü - VİDEO / FOTOLAR
Fevralın 7-də ölkədə rəsmi iş günü olmayacaq
Ağdaşda 50 yaşlı şəxs 55 yaşlı qonşusunu öldürdü
Sabahın hava proqnozu açıqlandı
Direktor: "Bugünki zəlzələ 50 saniyə davam edib"
AZƏRBAYCANDA ERKƏN PREZİDENT SEÇKİLƏRİ ELAN OLUNDU - İlham Əliyev sərəncam imzaladı
Blinken: "Bəli, bu, ürəkparçalayıcı haldır..."
Mərkəzi Bank 118 sığorta vasitəçisinin lisenziyasını ləğv edib
İstanbulda İŞİD-ə əməliyyatı: 8 nəfər saxlanılıb
Ağcabədidə dönərxanada partlayış olub