Qaxda müəmma: səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış meyiti tapılıb

img

02-06-2023 [10:18]


Qax rayonunda səkkiz gün əvvəl itkin düşən şəxsin yanmış meyiti tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a bildirilib ki, mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Onun özünü yandıraraq intihar etdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR