Ronaldodan transfer açıqlaması: "Burada qalacağam"

img

02-06-2023 [09:46]


Səudiyyə Ərəbistanında mühütə görə sıxılaraq getməyə azırlaşdığı deyilən Kriştiano Ronaldo haqında yayılan iddiaları cavablandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, portuqaliyalı ulduz iddiaları təkzib edib.

O bildirib ki, başqa ölkə və ya komandaya getmək niyyətində deyil: "Səudiyyə Ərəbistanında xoşbəxtəm. Burada qalacam".

Ronaldo əlavə edib ki, bu lkədə nəzərdə tutulan planlarə həyata keçirsələr, bu liqa 5 ildə ilk 5 liqadan biri ola bilər.

Xatırladaq ki, “Əl-Nassr”la 2 illik müqavilə imzalayan Ronaldo ilk mövsümündə 200 milyon avro qazanıb. Ronaldo müqaviləsinin sonunda 400 milyon avro alacaq. Portuqaliyalı ulduz futboldan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanının idman siması olacaq.

Məlumat üçün onu da qeyd eədk ki, Ronaldonun komandası “Əl-Nassr” mövsümü ikinci yerdə başa vurub. Ronaldo burada 16 matçda 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR