"Roma" azarkeşləri ingilis hakimi hava limanında yumruqladılar - FOTOLAR

img

02-06-2023 [01:08]


UEFA Avropa Liqasının finalında "Sevilya"ya penaltilər seriyasında uduzan "Roma" və onun azarkeşləri 4-1 hesablı məğlubiyyətdə ingilis baş hakim  Entoni Teyloru günahkar görürlər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyundan sonra ölkəsinə dönən baş hakim bu dəfə hava limanında bir qrup azarkeşçin hücumuna məruz qalıb. 

Məlumata görə, hava limanında hakimə təpik atan, yumruqlayan, stol fırladanlar olub. Polislər onu çətinliklə kütlənin cəngindən xilas edərək, təhlükəsiz şəkildə evinə yollanmasını təmin edib. 

Onu da xartırladaq ki, oyundan sonra “Roma”nın baş məşqçisi Joze Mourinyo da baş hakimi qarajda döymək istəyib.

Belə ki, oyunboyu ingilis hakim Antoni Teylora tez-tez etiraz edən Mourinyo matçdan sonra parkinqdə ona  hücum çıəkib. Ətrafdakılar hakimə fiziki zərbə endirməytə imkan verməsə də, o, ürəyini boşalda bilib: "Sən burada özünü ispan hakim kimi apardın. Lənətə gələsən, rəzil adam! Futbol və hakim adına utancsan. Sənin haqsızlığına görə evə ölü kimi gedirik..."

Fərid

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR