Luka Modriç, Kante, Tielemans, Pulusic... - "Qalatasaray" onları heyətinə qatır

img

02-06-2023 [09:00]


Çempion titulunu qazanan "Qalatasaray" qarşıdakı mövsümün transfer hazırlıqlarına indidən start verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Aslan"ın transfer gündəmində Luka Modriç, Kante, Tielemans və Pulusic kimi məşhurlar var.

"Qalatasaray Sportif A.S"-dan bildirilib ki, klubun vitse-prezidenti Erden Timur N'Qolo Kante ilə görüşüb. 

Məlumata görə, "Çelsi" ilə müqaviləsi başa çatan 32 yaşlı fransız ulduza transfer haqqı ödənilməyəcək: ""Qalatasaray" Kante ilə yanaşı, Youri Tielemansla da danışıqlara başlayıb. Hazırda "Leicester City"də çıxış edən, mövsümün sonunda isə müqaviləsi başa çatacaq 28 yaşlı futbolçu da "Qalatasaray"a pulsuz başa gələcək".

Fərid

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR