Kılıçdaroğlunda istefa sualına belə cavab verdi: "Müzakirə edəcəyik" - "İmamoğlu ilə hər hansı mübahisə olmayıb"

img

01-06-2023 [15:32]


Prezident seçkilərindən sonra istefaya çağırılan CHP sədri Kamal Kılıçdaroğluna istefa verib-verməyəcəyi barədə sualı cavablandırıb.

Mia.az Halk TV-yə istuadla xəbər verir ki, Kılıçdaroğlu "CHP köklü bir partiyadır. Hər fikir CHP-də asanlıqla dilə gətirilir, müzakirə edilir və bu prosesin sonunda partiyanın səlahiyyətli qaydaları qərar verir. İndi bu prosesi yaşayırıq. müzakirələr olacaq. MQK və Partiya Məclisində fikir mübadiləsi aparılacaq, bir qərar verib, ictimaiyyətlə paylaşacağıq”, - deyib.

Kılıçdaroğluna partiya daxilində gərginliyin olub-olmaması və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə mübahisə olub-olmaması da soruşulub. Kılıçdaroğlu "Heç bir problem yoxdur. Gərginlik yoxdur. Birlikdə danışacağıq, qiymətləndirəcəyik və yol xəritəsimizi müəyyən edəcəyik", - deyə bildiirb.

Samir MUSAYEV

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR