AXCP funksioneri aclıq aksiyasını dayandırdı

img

01-06-2023 [09:59]


Qaradağ rayon Məhkəməsi tərəfindən 4 il həbs cəzası verilən  Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayev bu gün aclıq aksiyasını dayandırıb.

Bu barədə Mia.az-a "Demokratiya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Ə.Salayev bu gün ona, yaxın dostu Ceyhun Novrozova və ailəsinə zəng edərək, artıq aclıq aksiyasını dayandırdığını deyib. 

Xatırladaq ki, Salayev qanunsuz saxlanmasına etiraz olaraq aclıq aksiyasına başlamışdı. Artıq səhhətinin çox pis olmasını nəzərə alan bir qrup siyasi də ona açıq müraciətlə aclıq aksiyasını dayandırmağı xahiş etmişdi.  

Qeyd edək ki, Ə.Salayev fevralın 7-də Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunaraq saxlanılıb. Cinayət işinin materiallarında iddia olunur ki, AXCP fəalı “Lökbatan dairəsi” adlanan ərazidə Natiq Süleymanov adlı şəxsə bıçaqla xəsarət yetirib. 

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR