"Ulduz"un may sayı çap olundu
31-05-2023 [22:27]
"Ulduz" jurnalının may sayı işıq üzü görüb.
Mia.az xəbər verir ki, dərgi ədəbiyyatşünas, esseist Mətanət Vahidin özüylə söhbəti və "Şəhrizad" - milli-tarixi yaddaş romanı sənət və qadın idealının təcəssümü kimi" essesi ilə açılır.
"Şeir vaxtı"nda Ramilə Qardaşxanqızının, Elsevər Məsimin, Əfşan Yusifqızının, Reyhan Kənanın, Aytac Sahədin və Xanım Sevərin şeirləri, "Nəsr" rubrikasında isə Çinarə Ömrayın "Adsız", Hafiz Təmirovun "Dərdin böyütdüyü uşaq" hekayələri yer alıb.
Şair-publisist Qulu Ağsəsin "Nüvə başlığı və ya Faites-En Bon Usage" essesini dünyada və ölkədə baş verən hadisələrə fərqli baxış kimi də səciyyələndirmək olar. Emin Pirinin "Laçın vaxtlarımız" sərlövhəli silsilə yazıları müəllifin müharibə gündəliyindən nümunələrdir.
Fərid Hüseynin "Təbiət aynası" essesi Məhəmməd Füzulinin oğluna ünvanladığı "Fəzliyə nəsihət" qəsidəsindən bəhs edir. Professor Məti Osmanoğlunun "Ustad dərsləri"nin cari mövzusu filosof Fridrix Şegelin "Mifologiya haqqında nitq"idir.
Tatar ədəbiyyatının istedadlı nümayəndələrindən sayılan Gözəl Yaxinanın "Soyağacı" hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edilir.
Aygün Əzizin "Dilimizin anasını ağlatmışıq" başlıqlı yazısında dilimizə fərqli dillərdən keçmiş sözlərin geniş təhlili aparılır. Şəfa Vəlinin "Uzaqdakı yaxınlar: Nüşabə Əsəd Məmmədli" yazısı, adından da göründüyü kimi, yazıçı, dramaturq Nüşabə Əsəd Məmmədlinin həyat və yaradıcılığının maraqlı məqamlarına işıq tutur. "Qısa fikirlər xəzinəsi"ni Erix Mariya Remark, Luis Kerroll, Tomas Eliot və başqalarının fikirləri bəzəməkdədir.
Mobil Aslanlı Huntürkün "A.Bakıxanovun poetik düşüncəsində sağlam həyat tərzi" araşdırma yazısı böyük ədibin əsərlərində sağlamlıqla bağlı tərbiyəvi məqamları diqqətə çatdırır.
"Dərgidə kitab" rubrikasında filologiya üzrə fəlsəfə doktoru Kəmalə Umudovanın "Adı soyadını eşidən şair: Qulu Ağsəs" yazısı yer alıb. Yazı şair Qulu Ağsəsin zəngin yaradıcılığının əsas istiqamət və məqamlarını özündə ehtiva edir. "Dərgidə sərgi" rubrikasında 8 yaşlı rəssam Ağazadə Əbəlfəzlin rəsm əsərlərinə yer verilib.
MİA.AZ
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib