"Ben Bu Cihana Sığmazam" serialı Azərbaycandan üzr istədi - Naxçıvana görə (FOTO)

img

31-05-2023 [20:49]


Türkiyənin ATV telekanalında yayımlanan "Ben Bu Cihana Sığmazam" serialında nümayiş olunan xəritədə Naxçıvanın Azərbaycanın ərazisi kimi göstərilməməsi kimi skandal nöqsan aradan qaldırılıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 23-də Türkiyənin ATV televiziyasında yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə edilib.

Ekran əsərinin Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri texniki səhv olduğunu bildirərək yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib. Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.

Mayın 27-də ATV telekanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR