Nəsimi rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib, Uşaq Evinə baş çəkilib - FOTOLAR

img

31-05-2023 [17:45]


1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində  rayon İcra Hakimiyyəti tərəfindən valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları 1 saylı Körpələr Evinə  bayram sovqatı  aparılıb.

Mia.az xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci  müavini Gülarə Verdiyeva və Nəsimi rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı  Körpələr Evində olmuş,  valideyn himayəsindən məhrum olmuş uşaqlara baş çəkmiş, onların vəziyyəti ilə maraqlanmış,  müxtəlif oyun elementləri və maddi yardımlar aparmışlar.

Tədbirin sonunda Körpələr Evinin rəhbərliyinə bu cür tədbirlərin davamlı şəkildə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində olacağı bildirilib.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may)  və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. 

Yekunda tədbir iştirakçıları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Mehriban xanım Əliyevaya daima uşaqlara göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

***

Bu gün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Bağı”nda  “Heydər Əliyev İli” çərçivəsində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə rayonda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda yaşayan aztəminatlı olan ailələrdən olan uşaqlar və 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib.

Aztəminatlı ailələrdən olan uşaqlar üçün süfrə açılmış,  5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirakı ilə müxtəlif rəqslər və musiqi nömrələri onlarda xoş əhval-ruhiyyə yaradıb.

Tədbirin sonunda xatirə şəkili çəkilib.

img img img img img img img img img img img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR