Şəmkirə yağan güclü dolu  fəsadlar törədib

img

31-05-2023 [17:14]


Şəmkirə yağan güclü dolu bir sıra fəsadlar törədib.

Mia.az Report-a istinadla xəbər verir ki, dolu əsasən rayonun Seyfəli, Yeni Həyat, Çinarlı qəsəbəsi və digər kəndlərinə düşüb.

Nəticədə meyvə bağlarına, istixanalara və digər təsərrüfatlara zərər dəyib.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Gədəbəy və Daşkəsən rayonlarına da dolu yağıb.

Hazırda Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA