Model Razi Əliyeva ilə bağlı nə baş verir? - Biznesmen açıqlama yaydı

img

31-05-2023 [15:33]


Model Razi Əliyevanı döyərək ona xəsarətlər yetirdiyi bildirilən sevgilisi, iş adamı Ziya Hüseynzadə açıqlama yayıb.

Mia.az xəbər verir ki, Z.Hüseynzadə instaqram hesabında R.Əliyevanın dediklərini şər-böhtan adlandırıb.

O, R. Əliyevanın yazışmalarının paylaşıldığı iddia edilən səhifənin onun tərəfindən açılmadığını iddia edib: “Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pulun tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım mövcuddur və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir.

Əlavə olaraq qeyd edim ki, qarşıma uzaqdan iddia irəli sürən Razi Əliyevanın qeyri-qanuni insan alverində etirafı ilə bağlı videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yönəldir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan polisinin ədalətinə əminəm!”.

Qeyd edək ki, model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da sosial şəbəkə səhifələrində yayıb.

DİN Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır(Qafqazininfo).


Digər xəbərlər
SON XƏBƏRLƏR