Akar, Çavuşoğlu, Soylu, Ərbakan, Fuad Oktay, Sinan Oğan və Berat Albayrak... - Ərdoğan kimə hansı vəzifəni verəcək?

img

31-05-2023 [01:01]


Prezident Ərdoğanın bu günlərdə yeni hökumətin üzvləri ilə bağlı təyinatlar imzalayacağı gözlənilir.

Mia.az Türkiyənin "Cümhuriyyət" qəzetinə istinadla xəbər verir ki,  yeni hökumətdə kimlərin  təmsil olunacağı barədə "Ankara dəhlizləri"ndə maraqlı iddialar dolaşmağa başlayıb.

Qəzet yazır ki, Ərdoğan yeni hökmətdə sürpriz imzalara yer verəcək: "Böyük ehtimalla prezident Ərdoğan cümə axşamı və ya cümə günü hökumətin yeni üzvlərini açıqlayacaq. Yeni kabinetdə sürpriz adların da yer alacağı vurğulanır. İddialara görə, Ərdoğan daha əvvəl enerji və təbii sərvətlər naziri vəzifəsində çalışmış, sabiq maliyyə naziri, kürəkəni Berat Albayraka bu dəfə yenə eyni vəzifəni verəcək. Digər sürpriz Hulusi Akarla bağlı olacaq. Ərdoğan Kayseri şəhəri üzrə millət vəkili seçilən Akarı yenidən milli müdafiə naziri təyin edəcək. Oxşar əmr XİN başçısı Mövlud Çavuşoğlu haqqında da veriləcək. Ancaq eyni hal Daxili işlər naziri Süleyman Soylu barədə olmayacaq. Ərdoğan bu dəfə ona etimad göstərməyəcək. İstanbuldan deputat seçilən Soyluya yenə DİN başçısı vəzifəsi veriləcəyi iddia olunsa da, Prezident elə düşünmür. Barəsində çoxsaylı söz-söhbətlər Soylunun Türkiyə Böyük Millət Məclisinin Daxili İşlər Komitəsinin sədri təyin ediləcək. Bundan əlavə, parlamentdə çoxluğa sahiblənən AKP-nin əliylə Ankaradan deputat seçilən vitse-prezident Fuat Oktay Türkiyə Böyük Millət Məclisinin sədri seçiləcək".

Mia.az onu da bildirir ki, Fuad Oktayın yerinə isə Yenidən Rifah Partiyasının sədri Fatih ərbakanın vitse-prezident təyin olunacağı gözlənilir. Bundan başqa, Prezidentliyə sabiq namizəd Sinan Oğanın da nazir təyinatı gündəmdədir.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR