"Fənərbaxça"nın baş məşqçisi: "Daha bir hədəfimiz var"

img

31-05-2023 [00:45]


"Fənərbaxça"nın baş məşqçisi Jorge Jesus "Antalyaspor" matçından sonra açıqlama verib. 

Mia.az "TRT Spor"a istinadla xəbər verir ki, çempion ola bilmədiklərini dilə gətirən portuqaliyalı  məşqçi atıq bütün diqqətlərinin Türkiyə Kubokuna yönəldiyini deyib.

O bildirib ki mövsüm boyu çempion "Qalatasaray"dan yaxşı çıxış edə bilməyiblər: "Liqada hədəfimizə çata bilmədik. Ancaq daha bir hədəfimiz var. Məncə, kubok da önəmlidir. Kubok kubokdur. Finalı qazanmağa çalışacağıq. Düzdür, 2 kuboku da qazanmaq istəyirdik, vacib hədəfimiz də liqa idi. Amma "Qalatasaray"dan yaxşı oynaya bilmədk. İndi Türkiyə kubokunu qazanmağı pisin ən yaxşısı kimi görürəm".

Portuqaliyalı məşqçi həftəsonu "Qalatasaray"la derbidən də söz açıb. O, bildirib ki, derbini qazanmaq üçün əllərindən gələni edəcəklər.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR