YAP funksioneri: "Sülh müqaviləsi imzalanmasa da, ölkəmiz rahat və təhlükəsizlik şəraitdə yaşayacaq"

img

31-05-2023 [09:12]


Xəbər verildiyi kimi, mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfər edən Prezident İlham Əliyev 28 May-Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ildə qeyd edib.

Bu səfərlə bağlı Mia.az-a açıqlama verən Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, ötən müddətdə Ermənistan ona havadarlıq edən dövlətlərə arxalanaraq danışıqlara imitasiya naminə qatılıb, vaxt qazanmaq üçün təxribatlar törətməklə diqqəti  yayındırmağa, sülh danışıqlarına mane olmağa çalışıb: "Hadisələrin gedişi bu reallığı təsdiqlədi ki,  Ermənistan  torpaqlarımızdan öz xoşu ilə çıxmaq fikrində deyil.  Baxmayaraq ki, Ermənistan  Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülh müqaviləsinin imzalanmasına mane olan hansısa bir məqam yoxdur, yenə də gözləmə mövqeyində dayanmaqda davam edir. Görünən odur ki, Ermənistan havadarlarından cavab gözləyir. Amma unudur ki, artıq Azərbaycan 30 il davam edən işğal dövrünün Azərbaycanı deyil. Bu gün  reallıqları diktə edən qalib Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, ölkəmiz  rahat və təhlükəsizlik şəraitində yaşayacaq". 

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan hər bir hədəfə zamanında və uğurla nail olur: "Bütün planlar ardıcıllıqla həyata keçirilir. Dövlət başçısı bir daha bu əminliyi ifadə etdi ki,  planlarımızın son addımlığındayıq, o addım da atılacaq".

Zülfiyyə

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR