Çempion "Qalatasaray"ın baş məşqçisi: "Derbidə "Fənərbağça"nı məğlub edəcəyik"

img

31-05-2023 [00:08]


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk çempionluqdan sonra "Fənərbağça"ya mesaj verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yerli TV-lərə açıqlamalar verən Buruk çox sevincli olduğunu deyib:

"Çox emosional anlar yaşayıram. "Qalatasaray"ın məşqçisi olaraq çempion oldum. Böyük "Qalatasaray" azarkeşlərini təbrik edirəm. Mübarizə apardıq və nəticəsini aldıq. Çox xoşbəxtəm. Davamı gələcək, inşallah. Oyunçularıma təşəkkür edirəm".

49 yaşlı məşqçi bildirib ki, "Qalatasaray"lı azarkeşlərin bayram etməyə haqqı var: "Biz qarşıdakı həftədə "Fənərbağça" ilə derbidən qalib ayrılaraq, mövsümü daha bir qələbə ilə başa vuracağıq. Yeganə məqsədimiz budur".

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR