Blinkenin köməkçisi Bakıya gəldi - Səfirlikdən açıqlama

img

30-05-2023 [21:56]


ABŞ dövlət katibinin Dövlət Enerji Ehtiyatları Bürosu üzrə (ENR) köməkçisi Cefri Payatın Azərbaycana səfəri başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Mia.az-a verilən məlumata görə, səfər 2 iyun tarixinədək davam edəcək.

O, Bakıda Neft və Qaz Sərgisi, Xəzər Beynəlxalq Enerji və Yaşıl Enerji Sərgisi və Bakı Enerji Forumundan ibarət olan 28-ci illik Bakı Enerji Həftəsində iştirak edəcək.

Cefri Payat, enerji təhlükəsizliyi və bərpa olunan enerji mənbələrindən istifadənin artırılması imkanlarını müzakirə etmək üçün Azərbaycan hökumətinin rəsmiləri ilə görüşəcək.

Dövlət katibinin köməkçisi Pyat təmiz enerji keçidini sürətləndirərkən qlobal enerji təchizatını sabitləşdirmək üçün gələcək beynəlxalq əməkdaşlığı təşviq etmək üçün digər ölkələrin və təşkilatların enerji rəsmiləri ilə də görüşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR