Aktrisadan növbəti paylaşım: "Ölkəmdən birdəfəlik getmirəm" - FOTO

img

30-05-2023 [17:13]


Bir müddət əvəvl Star TV-də yayımlanan "Menecerimi Ara" serialı ilə çəmhurlaşan və hazırda Netflix-də yayımlanan "Merve Kült" filmində baş rolu canlandıran Ahsen Eroğlu ölkədən getmək anonsuna aydınlıq gətirib.

Mia.az xəbər verir ki, 28 may seçkisindən dərhal sonra İnstagram-dakı səhifəsində "təəssüf ki, mən də ölkədən getmək nöqtəyə gəldim" yazan aktrisaya çoxsaylı tənqid tuşlanıb.

Seçkidə Millət İttifaqı tərəfindən hətta müşahidəçilik edən aktrisa tənqidlərlə bağlı növbəti paylaşım edib: "Bir az sakitləşə bilərikmi?! Dostlar, mən hər şeyi aydınlaşdırmaq istəyirəm. Sona qədər oxusanız çox şad olaram... Dostlar yazır ki, "Mən ölkədən gedirəm". Mən ölkəmi tərk etmirəm. Bura mənim evimdir, burada ailəm, iş yoldaşım, birlikdə işlədiyim, sevdiklərim var. Ölkəmdənbirdəfəlik getmirəm. Xaricdə bir az da  təhsil almaq, təkmilləşmək istəyirəm. Məsələn, mən yenidən universitetə ​​daxil olmaq istəyirəm, dil öyrənmək istəyirəm... Yəni, təkmilləşməyə getmək istəyirəm, burada xoşbəxt olmadığım üçün deyil...".

Aktrisanın paylaşımını aşağıda olduğu kimi təqdim edirik:

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR