MHŞ yenidən formalaşdırıldı - Fikrət Məmmədov getdi, İnam Kərimov sədr oldu - (SİYAHI / Yenilənib)
24-06-2023 [22:00]
Ali Məhkəmənin sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.
Mia.az Şuraya istinadən xəbər verir ki, iyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
İclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub. Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.
Göstərilən yüksək etimada görə Şuranın üzvlərinə təşəkkürünü bildirən İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.
İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq təkliflər verilib.
***
İyunun 24-də Məhkəmə-Hüquq Şurasına (MHŞ) daha bir üzv seçilib.
Məlumata görə, bu, ədliyyə nazirinin müşaviri Cavid Hüseynovdur(Report).
Şuraya daha bir üzv - deputat Nizami Səfərov isə iyunun 24-də təyin edilib.
Bununla da MHŞ üzvlərinin sayı 14-ə çatıb.
***
22.06.2027.Məhkəmə-Hüquq Şurasına (MHŞ) daha iki üzv seçilib.
Məlumata görə, bunlar Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadədir.
Bununla da MHŞ üzvlərinin sayı 12-yə çatıb.
Şuraya daha bir üzv (deputat Nizami Səfərov) isə iyunun 24-də təyin ediləcək(Report).
Xatırladaq ki, iyun ayının 21-də ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfransda səsvermə yolu ilə seçkilər baş tutub. Seçkilərin nəticələrinə əsasən, Ali Məhkəmənin sədri İnam Kərimov, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərov və Mülki kollegiyasının sədri Sənan Hacıyev, apellyasiya instansiya məhkəmələri üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev və birinci instansiya məhkəmələri üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, Lənkəran Rayon Məhkəməsinin sədri Kamran Süleymanov və Yevlax Rayon Məhkəməsinin sədri Toğrul Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçiliblər. Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Məhkəmə-Hüquq Şurasının üzvlərinin sayı ümumilikdə 15 üzvdən ibarət olacaq.
***
21.06.2023.Bu gün Məhkəmə Hüquq Şurasının iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda Məhkəmə-Hüquq Şurasının formalaşmasının yeni qaydası, o cümlədən onun hər məhkəmə instansiyasından 3 hakim olmaqla, 9 hakim üzvünün və hüquq ictimaiyyətinin nümayəndəsinin Hakimlərin Konfransı tərəfindən seçilməsi müəyyən olunub.
Bu məqsədlə, cari ilin iyun ayının 21-də qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfrans öz işinə başlayıb.
Konfransı təmsil olunan nümayəndələr sırasından ən qocaman hakimi açaraq konfransın işinə uğurlar arzulanıb.
Konfransda ilk növbədə işin təşkili ilə bağlı məsələlərə baxılıb, iştirakçılar tərəfindən konfransa sədrlik edən şəxs müəyyən edilib, hesablama komissiyasının sədri və üzvləri seçiliblər.
Daha sonra Ali Məhkəmə, apellyasiya və birinci instansiya məhkəmələrinin konfransda təmsil olunan nümayəndələri tərəfindən ayrı-ayrılıqda Məhkəmə-Hüquq Şurası üzvlüyünə namizədlər irəli sürülüb.
Konfransda təklif olunan namizədlər ətrafında müzakirələr aparılaraq, qanunda nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə seçkilər keçirilib.
Seçkilərin nəticələrinə əsasən Ali Məhkəmənin hakimləri - İnam İmdad oğlu Kərimov, Çingiz İsgəndər oğlu Əsgərov, Sənan Firudin oğlu Hacıyev, Apellyasiya instansiya məhkəmələri üzrə hakimlər - Səadət İnayət qızı Bəktaşi, Mübariz Dosməmməd oğlu Əkbərov, Tofiq Temir oğlu Paşayev və birinci instansiya məhkəmələri üzrə hakimlər - İsmayıl Kamil oğlu Xəlilov, Kamran Şakir oğlu Süleymanov, Toğrul Məhəmməd oğlu Əliyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Həmçinin, konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Bununla da Hakimlərin Konfransı öz işinə yekun vurub.
***
Milli Məclisin sabiq Aparat rəhbəri Səfa Mirzəyev Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Mia.az xəbər verir ki, bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, bu gün qanuna uyğun qaydada ölkənin bütün məhkəmələrini təmsil edən 130 hakimin iştirakı ilə keçirilən konfransda hüquq ictimaiyyətinin nümayəndəsi qismində Səfa Abbas oğlu Mirzəyev açıq səsvermə yolu ilə Məhkəmə-Hüquq Şurasının üzvü seçilib.
Xatırladaq ki, Milli Məclisin sabiq Aparat rəhbəri S.Mirzəyev ötən ilin mayında təqaüdə göndərilib.
***
Bu gün Məhkəmə-Hüquq Şurasının (MHŞ) iclası keçiriləcək.
Mia.az Gununsesi.info-ya istinadla xəbər veirr ki, Şuranın iclasında Şuranın tərkibinin genişləndirilməsi məsələsinə baxılacaq.
Məlumata görə, Ali Məhkəmənin sədri İnam Kərimovun Şura üzvü seçiləcəyi gözlənilir.
Qeyd edək ki, onun ədliyyə naziri Fikrət Məmmədovu Məhkəmə-Hüquq Şurasında əvəzləyəcəyi deyilir.
***
14.06.2023.Məhkəmə-Hüquq Şurasının sədri Şuranın yalnız hakim üzvləri sırasından seçiləcək
Mia.az xəbər veirr ki, Prezident İlham Əliyev bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.
***
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada təşkil olunacaq.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq:
- hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
- hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.
Qeyd edək ki, əvvəllər isə Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunurdu:
- Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri);
- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs;
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.
***
09.06.2023.Məhkəmə-Hüquq Şurasının tərkibinin yeni qaydada təşkil olunmasına dair layihə qəbul edilib.
Mia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq:
- hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
- hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.
Qeyd edək ki, hazırda Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunur:
- Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri);
- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs;
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
***
Məhkəmə-Hüquq Şurasının sədrinin Şuranın yalnız hakim üzvləri sırasından seçilməsinə dair layihə sonuncu oxunuşdan keçib.
Mia.az xəbər verir ki, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər.
***
Azərbaycanda məhkəmələrin maddi-texniki təminatı ilə bağlı bütün səlahiyyətlər Ədliyyə Nazirliyindən alınaraq Məhkəmə – Hüquq Şurasına veriləcək.
Mia.az xəbər verrir ki, bu dəyişikliklər məhkəmə-hüquq sahəsində start verilən genişmiqyaslı islahatlarla bağlıdır.
***
31.05.2023. Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada təşkil olunacaq.
Mia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq:
- hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
- hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.
Qeyd edək ki, hazırda Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunur:
- Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri);
- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs;
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
***
Yaxın zamanlarda Azərbaycanın Məhkəmə-Hüquq Şurasının sədri dəyişdiriləcək.
Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının sədri postundan kənarlaşdırılacaq.
Onun yerinə isə Ali Məhkəmənin sədri İnam Kərimov təyin olunacaq.
Bu dəyişiklik isə məhkəmə sistemində islahatlarla əsaslandırılacaq.
Qeyd edək ki, Fikrət Məmmədovun ədliyyə naziri vəzifəsi ilə parelel olaraq Məhkəmə-Hüquq Şurasının sədri postunu tutması məhkəmələrin müstəqilliyi prinsipi ilə ziddiyyət təşkil edib.
Beynəlxalq insan haqları təşkilatları buna görə dəfələrlə hökumətə çağırışlar edib.
Xatırladaq ki, Milli Məclisin qarşıdakı iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” Qanunda dəyişiklik ediləcək.
Yeni dəyşikliyə əsasən Məhkəmə-Hüquq Şurasının hakim üzvlərinin sayı artırılacaq.
İnam Kərimov da Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunan hakimlərdən biri olacaq.
MİA.AZ
Qəzzada ölənlərn sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"
Türkiyədə FETÖ-yə qarşı əməliyyat davam edir - Saxlanılanlar var
Türkiyə Mərkəzi Bank uçot faizlərini aşağı salıb
Bakıda avtobus qadını vurub
Azərbaycan nefti 70 dollara qalxdı