Seçki günü Türkiyədə xaos yaratmaq istəyən İŞİD-çilər saxlanıldı - FOTOLAR

img

30-05-2023 [14:57]


Konyada seçki günü aksiyaya hazırlaşdıqları öyrənilən DEAŞ terror təşkilatının 6 üzvü MİT və Polisin birgə əməliyyatı ilə yaxalanıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  əməliyyat zamanı bir nəfərin mobil telefonunu pəncərədən atdığı müəyyən edilib.

Məlumata göər, MİT və Polis İdarəsi qrupları tərəfindən DEAŞ terror təşkilatının 28 May seçkilərinə kölgə salmaq üçün aksiya hazırladığı müəyyən olunub. Təşkilat adından münaqişə bölgələrində təlim keçərək Türkiyəyə qayıdan və Konyada məskunlaşan DEAŞ Terror Təşkilatı üzvü A.H.-nın şəxsiyyəti təhlükəsizlik qüvvələri tərəfindən müəyyən edilib.

Daha sonra AH. və təmasda olduğu 5 nəfərin olduğu yerlər müəyyənləşdirilib.

Keçilən əməliyyatla onların hamısı - A.H., H.E. Y.B., M.C., S.P. və Z.D. qandallanıb.

Samir MUSAYEV

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR