Davudoğlu Ərdoğanı həm təbrik elədi, həm də "balkon çıxışı"nı qorxulu saydı: "Bu, ölkə üçün ən böyük təhdiddir"

img

30-05-2023 [00:02]


28 may təkrar seçkisindən sonra heç bir açıqlama verməyən Millət İttifaqının ("6-lı Masa") üzvü olan Gələcək Partiyasının sədri, sabiq baş nazir Əhməd Davutoğlu açıqlamalar verib.

Mia.az xəbər verir ki, "Toplumsal barış layihəsi" olaraq adlandırdığı "6-lı Masa"nın başarısız olmadığını deyən Davutoğlu deyib: "Hər şeydən öncə dünyada örnəyi az görülən bir qatılım faizi ilə sandığa gedən xalqımızın demokratik təcrübəsinin gələcəyimizin ən böyük təminatıdır. Bu siyasi qatılım bilinci olduqça hər böhrana çözüm ola bilər, hər çürümüş siyasətə alternativ yarada bilər, hər qaranlıq tüneldən yeni bir üfüqə yelkən açma umudunu sürdürə bilərik".

"Millətimizin təcəlli edən iradəsi başımızın tacıdır" - deyən Davudoğlu Ərdoğanı təbrik edib: "Son dərəcə qeyri-bərabər şərtlərdə demokratiya mücadiləsi verən cənab Kılıçdaroğluna və birlikdə mücadeilə etdiyimiz Millət ittifaqı liderlərinə və bələdiyyə başqanlarına təşəkkürü bir borc bilirəm".

Daha sonra Ərdoğanın "balkon çıxış"ını tənqid edən sabiq baş nazir deyib ki, prezidentin çıxışındakı üslub qütbləşdirici olmaqla, cəmiyyətdə barış və ölkə üçün ən böyük təhdiddir: "Cənab Ərdoğana bir dəfə yenə səslənirəm: demokratik ölkələrdə rastlanmayan yöntəmlərlə də olsa, seçimi qazandınız və uduzmaqdan çox qorxduğunuz iqtidarınızıqkorudunuz. Müxalifət də milli iradəyə sayğısını ortaya qoydu. Artıq bir az müdriklik göstərin və bu itələyici, aşağılayıcı dili tərk edin. Millət bu qütbləşmədən yorgun düşdü, daha çox yormayın. Madəm, seçimi qazandınız, ölkənin problemlərinə hakim olun".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR