İcra başçısının başı parkdakı restoranlara elə qarışıb ki... - Ekspert rayon rəhbərini qınadı, İH belə cavab verdi (FOTO/Yenlənib)

img

31-05-2023 [12:03]


Abşeron rayonu icra hakimiyyətinin başı Heydər Əliyev parkında boş yerləri karusellər və restoranlarla doldurmağa elə qarışıb".

Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədəki hesabında paylaşımında yzıb.

Ekspertin sözlərinə görə, Abşeron rayonu icra hakimiyyətinin rəhbərinin başı Heydər Əliyev parkında boş yerləri karusellər və restoranlarla doldurmağa elə qarışıb ki, ölkənin əsas bayramı olan - 28 may Respublika Günündə onun əsas atributlarından olan bayrağı asmağı unudub.

O, bu faktı təsdiq edən fotonu da səhifəsində yayıb.

Xatırladaq ki, Abşeronun icra başçısı Abdin Fərzəliyevdir. O, bu vəzifəyədək uzun illər Nizamı və Nərmanov rayonlarında icra başçısı işləyib. Barəsində bütün illlərdə çoxsaylı qalmaqallı iddialar yayılıb.

***

Abşeron rayonu İcra Hakimiyyətindən Mia.az-a bildirilib ki, Xırdalan şəhərindəki Bayraq Meydanında dirəyin qaldırıcı matorunda texniki nasazlıq yarandığı üçün həmin gün bayrağı qaldırmaq mümkün olmayıb: "Hazırda texniki nasazlıq aradan qaldırılıb və 3 rəngli, ay- ulduzlu bayrağımız yenidən aid olduğu yerdə dalğalanır".

Qeyd edək ki, Meydanın mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 65 metrdir. Burada dalğalanan üçrəngli bayrağın uzunluğu 12, eni isə 6 metrdir.

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR