KILIÇDAROĞLU İSTEFA VERMƏDİ: "Dimdik ayaqdayıq, mübarizəmiz davam edəcək" - VİDEO

img

28-05-2023 [22:45]


Prezident seçkisində uduzan Kamal Kılıçdaroğlu CHP qərargahında mətbuata ilk açıqlama verib.

Mia.az xəbər verir ki, o, seçkidə ona səs verən 24 milyondan çox seçiciyə səs verdikləri üçün təşəkkür edib.

Bildirib ki, seçilməməsindən daha çox, ölkənin gələcəyindən narahatdır: "Ancaq geri çəkilməyəcəyik, dimdik ayaqda mücadiləmizi davam etdirəcəyik".

Kılçdaroğlunun sözlərinə görə, ölkənin gəncləri işsizdir: "Hakkaridən Ədirnəyə, Sinopdan Hataya qədər hamımız bir ailəyik. Hər gün hər şey artırılarkən xalqımın belinin əyilməsi ilə kifayətlənməzdim.

Son illərin ən adil olmayan seçkisini yaşadıq.  Dövlətin bütün imkanları bir adamın ayağının altına sərilmişdi. Bu qorxu mühitindən mübarizə aparan Millət İttifaqının seçicilərinə və hələ də seçki qutularını qorumağa çalışan hər kəsə təşəkkür edirəm...".

Kılıçdaroğlunun çıxışının tam mətni ilə aşağıdakı videodan tanış ola bilərsiniz:

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR