İstanbulda sənədsiz yaşayan azərbaycanlılar deport təhlükəsiylə üz-üzədir - Hökumət bir neçə dövlət qurumundan ibarət komissiya yaradıb, ancaq... (VİDEO)

img

06-06-2023 [09:07]


Fuad Muradov Diaspora lə İş üzrə Dövlət Komitəsinə sədr təyin olunandan sonra xaricdə yaşayan soydaşlarımız arasında xeyli canlanma hiss olunsa da,  hələ də bəzi ölkələrdə, xüsusu ilə Türkiyədə soydaşlarımızla bağlı ciddi problemlər qalmaqdadılr.

Mia.az xəbər verir ki,  1990-cı illərdən Türkiyənin ayrı-ayrı şəhərlərinə, eləcə də  İstanbula köçərək yaşayan azərbaycanlıların illərdir miqrasiya problemi dərinləşib.

Bu barəəd Mia.az-ı məlumatlandıran oradakı soydaşlarımız deyirlər ki, son illər iki ölkə arasındakı münasibətlərin  inanılmaz dərəcədə olmasını nəzərə alsaq, Türkiyədə yaşayan azərbaycanlıların hər hansı bir problem yaşamamalı olduğunu ilk baxışdan düşünsək də, məsələ heç də göründüyü kimi deyil. Təəssüf ki, təkcə İstanbulda yaşayan 30 minə yaxın soydaşımızın miqrasiya ilə bağlı problemi qalır. Diqqətçəkən məqam odur ki, bu problemin böyüməsində soydaşlarımızla yanaşı, Azərbaycanın müvafiq qurumlarının da "əməyi" az deyil. Belə ki, zamanında miqrasiya qurumlarına müraciət etməyən və buna görə deport təhlükəsiylə burun-burun olan soydaşlarımızla yanaşı, uzun illər əvvəl Türkiyəyə gedən, orada həyatını quran yüzlərlə soydaşımız var ki, pasportlarının vaxtı bitib. Bu səbəbdən uşaqları belə sənədsiz qalıb. Hətta elə ailələr var ki, uşaqlarının doğum haqqında şəhadətnaməsnin belə, olmadığı iddia olunur. Təbii ki, bu da onların təhsil almalarına mane olur. Düzdür, son illər bu istiqamətdə də iş aparılır. Amma təəssüf ki,məktəb məsələsində də soydaşlarımız arasında dərin fikir ayrılıqları var.

 Məlumata görə, 2022-ci ilin sonundan başlayaraq, 1990-cı ildən Türkiyəyə köçən və hazırda orada sənədsiz yaşayan azərbaycanlıların sənədlərinin – yeni doğulanların doğum haqqında şəhadətnaməsi, vaxtı bitən pasportun yenilənməsi, subaylıq və sair arayışlar və sair digər sənədlərin verilmə prosesinə start verllib

Belə ki, Xaixi İşlər Nazirliyinin sədrliyi ilə bir neçə dövlət qurumunun - DİN, Miqrasiya, Diasporla İş Üzrə Dövlət Komitəsinin işçilərndən ibarət qrup yaradılıb. XİN əməkdaşı elçin Məmmədovun sədri olduğu qrupun həyata keçirdiyi layihə əsasında azərbaycanlılar yaşadıqları məhəllələrdən avtobuslarla İstanbuldakı Azərbaycan Baş Konsulluğuna aparılır və orada vaxtı bitmiş sənədlər əsasında qeydiyyatdan keçirilir.

Bir müddət sonra həmin insanların pasport və digər sənədləri yenə də eyni qayda ilə Azərbaycandan gətirilərək vətəndaşlarımıza təqdim edilir.

Bura qədər hər şey normal, hətta möhtəşəm idi... Lakin bu sənəd toplama və paylama proses indiyə qədər bir necə dəfə həyata keçilirib və hər dəfəsində də vətəndaşların haqlı narazılığı ilə qarşılanıb. Belə ki, hər dəfəsində 50 və ya 60 nəfərin konsulluğun önündə sıxıcı növbəyə alınması, sənədlərin ləng qəbulu və hazırlnam mərhələsinin aylarla uzanması zaman-zaman konsulluq önündə narazılığı böyüdüb. Hətta bəzən səs-küyə yerli polislər müdaxilə ediblər. Narazılığa səbəb olan ən böyük məqam  hazır sənbəd üçün deyilən acaxtda konsullluğa gedən və saatlar sürən uzun növbədən sonra “sizin sənədlər hələ gəlməyib” cavabıdır.

Adını söyləmək istəməyən vətəndaşlardan biri deyib ki, sənədlərini götürməyə gedəndə, onlara “30 ildir sənədsiz yaşamısınız, bir ildə gözləyə bilərisniz" cavabı verilir: “Noyabr ayında qeydiyyatdan keçib, rüsumu ödəmişəm, amma hələ pasportumdan xəbər yoxdur. A qalır bir il olsun...". 

Soydaşlarımız deyir ki, əslində, bu proses vətəndaşların bir an öncə sənədlərini əldə edilməsi üçün başlanan bir prosesdir: “Bu, süni şəkildə vətəndaşı incitməkdən, süründürməkdən başqa bir şey deyil. Baxın, bu link -   

https://www.bpqmi.gov.az/?/az/requestdoc/  Daxili İşlər Nazirliyinin müvafiq idarəsində Türkiyədə sənədsiz yaşayanlar üçün yaradılmış elektron müraciət qaydasıdır. 

Təqdim etdiyimiz bu linkdə açıq-aydın 1990-cı ildən Türkiyəyə köç edən və orada sənədsiz yaşayan azərbaycanlıların elektron müraciət edə bilmələri və bu müracətin cavabını aldıqdan sonra İstanbulda yerləşən Azərbaycan Baş Konsulluğuna gedərək sənədlərini alma haqqı olduğu göstərilir: "Yaxşı, bu varsa, elə isə sual yaranır: vətəndaşların daha rahat elektron müraciət imkanı varsa, 3-5 dövlət quurmundan ibarət qrup niyə yaradılıb? Müxtəlif qurumlardan - Xarici İşlər Nazirliyi, DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi, Diasporla İş üzrə Dövlər Komitəsi və başqa qurumların əməkdaşlarından ibarət böyük bir heyəti hər dəfə İstanbula ezam etməyə nə hacət var?!  

Üstəlik, o heyətin hər dəfə 10 günlük səfəri, bu səfər zamanı gediş-gəliş təyyarə biletləri, otel və yemək xərcləri, insanların konsulluğa daşınması üçün ayrılmış nəqliyyat xərcləri və sairləri sadalasaq, burada çox böyük məbləğin israfından söhbət gedir.

Ən əsası, nəzərə alsaq ki, bu qədər məbləğ xərclənir, ancaq görülən işlər adekvat deyil. Ya sənədlərin qəbulu, ya hazır sənədlərin göndərilməsi, ya rüsumun ödənilməsi məsələsi və sair o qədər problemlər meydana çıxır ki...

Hələ bu “teatr”la İstanbulda Azərbaycan Baş Konsulluğu ilə vətəndaşlar arasında narazılıq yaradılır.

İkincisi, insanlar get-gələ salınır, süründürməçiliyə haqlı etirazları formalaşır, dövlətə inamsızlıq toxumu səpilir. Ara yerdə kərguzarlıq funksiyasını daşıyan konsulluq zann altında qalır...”.

Mia.az-a İstanbuldakı soydaşlarımız deyir ki, İstanbulda yaşayan azərbaycanlılar bu və ya digər məqamları nəzərə alaraq, bu problemin həlli üçün tez-tez İstanbula göndərilən heyətə (komissiyaya) ayrılan vəsaitin ümumi məbləği barədə araşdırma aparılmasını tələb edirlər: “Əgər buraya bizim problemin həlli üçün gələnlər bahalı otellərdə qalır, bahalı restoranlardan yemək sifariş verirsə, demək ki, bunun üçün böyük pul ayrılıb. Bu adamların işi isə budur: sırf kərgüzarlıq və sənədləri götürəndən sonra “Bakı ilə əlaqə saxlayın, filan qədər rüsumu filan yerə köçürsünlər” təlimatını verməkdir. Bakıda elə adamımız olsaydı, yaxud rüsumu Bakıya ödəyib aylarla gözləyəcəkdiksə, elə yuxarıda DİN Pasport Qeydiyyatı İdarəsinin elan olunan sisteminə (https://www.bpqmi.gov.az/?/az/requestdoc/) evimizdən rahat daxil olub, anketi doldurar, rüsumu da hazırkı qayda ilə ödətdirərdik. Daha bu boyda həngamə nəyimizə lazımdır?

Təsəvvür edin, disspor nümayəndələri bir-bvir evə gəlir, az qalır yalıvararlar ki, bizi pis vəziyyətdə qoymayın, dolun avtobusa gedək konsulluğua. Konsuluqda da dediyimiz kimi, azı bir gün vaxt gedir, nəticə isə arzulanan kimi deyil. Bizə görə, bəzi çatışmazlıqları da həll etməklə, bu sistem elektron qaydada olsaydı, işlər çox sürətlıə həll olunardı. Təsəvvür edin ki, ləngiməyə görə burada hər kəs hər an deportla üz-üzədir...".

Bu və ya digər məqamlarla bağlı rəsmi qurumların mövqeyini dinləməyə hazırıq.

Əhməd

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR