Naxçıvandan başlanan yol - Kafedra müdiri yazır

img

26-05-2023 [23:57]


Fəsillər dövrünü əhatə edən yaz fəslinin 10 may 1923-cü il tarixində Tanrının xalqımıza ən böyük hədiyyəsi olan  milli dövlətçilik ənənələrinə sadiq, xalqını ürəyi, nəfəsi qədər sevəcək, xalqına daim bağlı olacaq bir liderrin  dünyaya göz açması oldu.

Günlər, ayları, aylar illəri əvəzlədi. Naxçıvandan başlanan Heydər Əliyev yolu onu Azərbaycanın özü qədər əbədi yaşar liderinə, tarixi şəxsiyyətinə  çevirdi.

Ümümmilli liderin yaşadığı ömür yoluna nəzər saldıqda görürük ki, Heydər Əliyev zəkası sayəsində ölkəmiz dünya birliyində ən laqiqli yerlərdən birini tutmuşdur. Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərin təməl prinsipləri Ümümmilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümümmilli liderin fikirincə, “Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”, “Mən öz mənalı  həyatımın düz 60 ilini xalqımın bu gün və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə  xidmətdə keçib. Mənim həyat amalım yalnız sizə bütün varlığım qədər sevdiyim Azərbayacan  xalqına, dövlətçiliyimizə, iqtisadi, siyasi, mənənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam.Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə xalqıma arxalanmışam”.

Tarixi vərəqlədikcə Ümümmilli liderin keçməkeşi həyat yolunda onun bir məqsədi bir həyat amalı olduğunu görürük. Azərbaycan mənim ürəyimdir ! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!
Zəngin siyasi təcrübəyə malik  Ümummilli liderin siyasi fəaliyyətinin bütün mərhələrində onun xalqına bağlılığı, milli dövlətçiyə sadiqliyi özünü göstərir. Həyatının ən çətin vaxtlarında ürəyi Azərbaycanla döyünən Ümummilli lider hələ Moskvada olarkən 1990-cı il yanvar ayının 19-20-nə keçən o müdhiş gecədə Bakıda baş  vermiş Qanlı Yanvar faciəsinə görə  öz etiraz səsini dünya bəyan etmişdir.

Ulu öndər xalqımızın taleh yüklü məsələlərində yanında olmaqla bərabər  ölkəmizin, xalqımızın işiqlı gələcəyi, surətli inkişafı   naminə  yorulmaz fəaliyyəti göstərmiş- dir.O,cəmiyyət həyatının müxtəlif  sahələrində ictimai-siyasi, sosial-iqtisadi, hərbi, mədəni və digər sahələrdə qarşıya qoyduğu məqsədlərə nail olmuşdur.
Azərbaycana rəhbərliyinin birinci və ikinici  dövründə Ümümmilli lider özünün qeyri-adi idarəçilik bacarığı, natiqlik qabiliyyəti, nüfuz hakimiyyətinə malik olması, üzaqgörən daxili və xarici siyasəti təznzimləyən, sosial-iqtisadi, siyasi, hərbi sahədə böyük uğurlara imza atan, dünya liderlərinə xas olan bütün xüsusiyyətləri özündə birləşdirən fenomenal bir şəxsiyyət kimi tarixi yaddaşımıza həkk olunub.  

1990-cı illərdə Sovetlər birliyindən ayrılan Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyin bərpa etdikdən sonra ən ziddiyyətli dövrünü  yaşayırdı. Keçid dövrlərində ölkənin idarə olunması, səmərəli və legitim hakimiyyətin qurulması çox ciddi  bir məsələ idi. Bu dövrdə Azərbaycan Ermənistanın təcavüzünə , eyni zamanda xarici təzyiqlərə və daxili çəkişmələrə məruz qalmışdı.Taleh yüklü  ağır bir zamanda xalqın tələbi və təkidi ilə 1993-cü ilin   iyun ayında Ümummilli liderin yenidən hakimiyyətə qayıdışı  Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Azərbaycan tarixində 15 iyun 1993-cü il Milli Qurtuluş Günü kimi elan olundu. Azərbaycan özünün müstəqillik tarixinin əzəmətli dövrünə qədəm qoydu.

Ümummilli lider fərqli bir lider idi. Siyasi mövqeyi, biliyinə və qayğıkeşliyinə görə ona olan inam, natiqlik qabiliyyətinə malik olması, öz istədikləri digərlərinə qəbul etdirə bilmək bacarığı, hətta yumor hissi belə onu hər birimizə sevdirirdi.

Ulu Öndərin ən böyük arzularından biri Müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması   Erməni vandalları tərəfindən işğal edilmiş torpaqların işğaldan azad olması idi. Ümummilli  liderin təməlini qoyduğu  daxili və xarici siyasətin davamı olaraq Ali Baş Komandan tərəfindən həyata keçirilən məqsədyönlü və uğurlu siyasət nəticəsində  Əziz Şuşa sən azadsan! Əziz Şuşa biz səni dirçədəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! deyə bildik.

 Ümummili liderin “Azərbaycan” adlı Şah əsərinə öz adlarını yazan Milli qəhrəmanlarımız 44 günlük Vətən müharibəsində Zəfər qazanmaqla,  Ali baş komandanın ətrafında sıx birləşdiyini dünyaya bəyan etdi.  30 ilə yaxın Qarabağ həsrətinə son qoyuldu. Ümummilli liderin apardığı daxili və xarici siyasətin davamı  Ali baş Komandan tərəfindən uğurla məqsədyönlü şəkildə həyata keçirildi. 

Ümummilli liderin ideyaları, onun düşüncələri, onun qurub yaratdığı memarı olduğu Naxçıvandan başlanan Müstəqil Azərbaycanın müəllifi olan  Heydər Əliyev ideologiyası, Heydər Əliyev fəlsəfəsi daim qorunub saxlanılacaqdır. Ümummilli lider qeyri-adi bir şəxsiyyət kimi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. 

Flora Kərimova,                                                       

Naxçıvan Dövlət Universiteti,

 Bələdiyyə və turizm kafedrasının müdiri 

MİA.AZ                                                            


 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR