Ali Babacan CHP-dən daha 5 deputat istəyib

img

26-05-2023 [17:09]


14 mayda CHP siyahısı ilə parlament seçkisinə qatılaraq 15 deputat mandatı qazanan DEVA Partiyası Kamal Kılıççdaroğluna yeni təklif göndərib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, DEVA sədri Ali Babacan Türkiyə Böyük Millət Məclisində 15 millət vəkili ilə fraksiya yarada bilmədiklərinə görə CHP-yə təkrar "ağız açıb".

Məlumata görə, Babacan parlamentdə DEVA fraksiyası yaratmaq üçün CHP-dən daha 5 deputat istəyib.

Hələlik CHP-dən bu istəyə verilən cavab bəli deyil.

Xatırladaq ki, 2018 seçkilərtində İYİ partiya belə məqsəd üçün CHP-dən 11 deputat istəyib. Kamal Kılıçdaroğlu da Akşenerin bu xahişçi üzrə 11 CHP-li deputata İYİ partiyasına müvəqqəti üzv olmağı istəyib və buna nail olub.

Onu da qeyd edək ki, 14 may seçkisində AK Partiya 35,61 səslə 268 millət vəkili yeri qazanıb. 25,33 faiz səs toplayan CHP TBMM-də 169 deputatla təmsil olunacaq. CHP siyahısından seçkiyə daxil olan DEVA Partiyası, Gələcək Partiyası, Səadət Partiyası və Demokrat Partiyası ümumilikdə 39 millət vəkili ilə parlamentdə təmsil olunacaqlar.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR