Sinan Oğan Mansur Yavaşa belə cavab verdi: "Mən bazarıq eləmədim, etsəydim əgər..."

img

26-05-2023 [14:38]


İkinci turda prezident Ərdoğanı dəstəkləməyə qərar verən Sinan Oğan Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu ilə danışıqlar apardığına dair iddialara cavab verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Oğan Kılıçdaroğlu ilə də görüşdüyünü, ancaq onnla hər hansı bir vəzifə üçün bazarlıq etmədiyini iddia edib.

O, Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaşın “Xeyr, Sinan bəy, cənab Kılıçdaroğlundan vəzifə istəmisiniz” sözlərinə cavab olaraq bildirib ki, Mansur Yavaş dəyərli dostudur: "O vaxt hətta dedim ki, Mənsur Yavaş namizəd olsaydı, mən namizəd olmayacam. Əgət türk millətçisi namizəd olmazsa, mən olaram dedim. Sinan Oğan tərəfdarları HDP-nin bazarlıq partiyası olduğunu və əsas məqsədlərinin Türkiyənin Suriyaya qarşı əməliyyatlarını dayandırmaq olduğunu bilirlər. Dedim ki, siyasətin mərkəzinə türk millətçilərini qoymalıyıq. Bəziləri nə deyirsə desin, biz bu məqsədlərə nail olmuşuq. HDP-nin iyrənc planını dəf etdik”.

Oğan daha sonra çıxışını belə davam etdirib: "Hörmətli Yavaş namizəd olmadı, Kılıçdaroğlu namizədliyini təkid etdi və qəbul etdirdi. Kılıçdaroğlu ilə oturanda çox şeylər müzakirə olundu. Hörmətli Davudoğlu ilə də görüşümüz oldu. Kılıçdaroğludan bir xahişim olsaydı, Kılıçdaroğlu bunların hamısını etməyə hazır idi. Mən vəzifə tələb etmədim. Məni sadəcə  inandıra bilmədilər". 

Samir Musaeyv

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR