Kürdəmirdə çoban özünü güllələyib

img

26-05-2023 [11:41]


Kürdəmirdə çoban işlədiyi fermada özünə tüfənglə xəsarət yetirib.

Mia.az xəbər ki, hadisə rayon ərazisində yerləşən fermalardan birində qeydə alınıb.

Belə ki, fermada çoban işləyən Şamaxı rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılov Vidadi Qasıməli oğlu əlindəki tüfənglə ehtiyatsız davranıb.

Bu zaman o, tüfəngin əlində açılması nəticəsində ayaq nahiyəsinə xəsarət yetirib.

O, ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər(Report).

Fakt araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR