Ronaldonun komandası Zidan üçün 150 milyon avro təklif etdi, ancaq...

img

26-05-2023 [10:05]


Səudiyyə Ərəbistanından ayrılmağı düşünən Kriştianu Ronaldonu komandada saxlamaq istəyən "Əl Nassr" portuqaliyalı ulduzun "Real Madrid"də birlikdə çalışdığı məşqçi Zinəddin Zidana astronomik təklif edib. 

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, ərəblər fransız məşqçiyə 2 il üçün 150 milyon avro təklif göndərib: "Lakin Səudiyyə Ərəbistanı komandası ümid etdikləri cavabı ala bilməyib. "Al Nassr"i rədd edən Zidan Avropanın 5 böyük liqasından birində çalışmaq istədiyini bildirib.

Xatırladaq ki, "Əl Nəsr"də oynayan Ronaldo Səudiyyə Ərəbistanından ayrılmaq istəyir.

Məlumata görə, Səudiyyə Ərəbistanıda olduğu 5 ay ərzində ölkənin müasirlikdən çox uzaq olmasından şikayətlənən portuqaliyalı ulduz yenidən Avropaya qayıtmaq istəyir: "O, bu ölkədə 5 ayda gördüklərinə dözə bilmir. Ölkənin sıxıcı həyatı artıq onu bezdirib".

Məlumatda qeyd olunur ki, 2,5 il müddətinə 500 milyon avroluq müqavilə imzalayan Kriştianu Ronaldo anlaşamnı əsaslı səbəb olmadan ləğv edərsə, "Əl Nassr"a təzminat ödəməli olacaq: "Onun qarşısını kəsən əsas məqam budur, yoxsa o, bir ay əvvəl geri dönərdi...".

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR