13 yaşlı qızın qaçdığı Səfər Kavazov həbs olundu (Yenilənib)

img

25-05-2023 [17:51]


Tovuzda 13 yaşlı qızı qaçırmaqda təqsirləndirilən Səfər Kavazovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərar Xaçmaz Rayon Məhkəməsində çıxarılıb.

Belə ki, məhkəmə S.Kavazovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.

Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb və barəsində cinayət işi açılıb.

***

Tovuzda 13 yaşlı qızın qaçdığı Səfər Kavazov Xaçmaz Rayon Məhkəməsinə gətirilib.

Məlumatına görə, bu gün onun barəsində istintaq orqanının təqdimatına baxılacaq.

Qeyd edək ki, mayın 20-də 13 yaşlı Ə.Tağıyeva yaşadığı Tovuz rayonunda itkin düşüb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi məlum olub.

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyeva Xaçmaz rayonunda tapılıb.

Onu qaçırmaqda şübhəli bilinən S.Kavazov saxlanılıb, və barəsində cinayət işi açılıb(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR