Sabiq nazir: "Özümüzü Ermənistanla sülh müqaviləsi ilə yormayaq" - "Rusiya ilə Yaponiya arasında bu günə kimi sülh sazişi imzalanmayıb, amma..."
SİYASƏT
25.05.2023, 10:43
Azərbaycanla Ermənistan arasında yaxın vaxtlarda sülh sazişinin imzalanacağına dair xəbərlər artmaqdadır.
Mia.az xəbər verir ki, artıq Ermənistan Baş naziri Nikol Paşinyan çıxışlarında açıq şəkildə Qarabağı Azərbaycanın ərazisi olaraq tanıdığını bəyan edib. Prezident İlham Əliyev isə sülh müqaviləsi üçün Azərbaycanın şərtlərini açıqlayıb.
Bəs müharibə aparan iki ölkə sülh sazişi imzaladıqdan sonra nələr baş verəcək?
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov məsələ ilə bağlı Globalinfo.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Elmar bəy, beynəlxalq təcrübədə varmı ki, sülh müqaviləsindən sonra tərəflər arasında yenidən toqquşmalar olsun? Axı ermənilər atdıqları imzaya, verdikləri sözə heç vaxt əməl etmirlər.
– Aydındır ki, artıq hər kəs sülh istəyir. Burada Paşinyanın məsələni hansı yolla həyata keçirməsi maraqlıdır. O, 2 gün öncə ərazi bütövlüyünü tanıdığını elan edib, yolları açmağın gərəkdiyini deyib. Əslində, bu, pozitiv mesajdır. Amma əsas sual ondan ibarətdir ki, baş nazir və onun komandası bunu ermənilərə təqdim edə biləcəkmi?
– Paşinyan sülh sazişini xalqa bildirmədən imzalasa, nə baş verər?
– Xatırlayırsınızsa, 1999-cu ildə Ermənistanın parlament rəhbərliyini güllələmişdilər. Orada 6-7 nəfər güllələnmişdi ki, onlar arasında baş nazir, keçmiş müdafiə naziri də var idi. Ağlıma nədənsə həmin hadisənin təkrar ola biləcəyi gəlir, amma ümid edək ki, eyni hal bu dəfə təkrarlanmaz. Ona görə də Paşinyan bu məsələni bir yolla həll etməlidir.
– Sizcə, Rusiya buna izin verəcəkmi?
– Əgər Paşinyan dediklərini rəsmiləşdirsə, inanmıram ki, Rusiya məsələnin əleyhinə çıxa bilsin. Çünki Paşinyan axıra kimi gedəcəyini, özünün qərar verə bilməsini desə, Rusiya heç nə edə bilməyəcək. Biz intensiv danışıqlar aparmalı və bu məsələni birdəfəlik həll etməliyik.
– Sülh sazişinin yaxın zamanda imzalanacağı gözlənilir?
– Vaşinqton və Brüsseldən sonra Moskva və Kişinyovda da görüşlər keçiriləcək. Hətta deyirlər ki, lazım olarsa, bu görüş iyulda təkrarlana bilər. Çünki artıq hiss edirlər ki, sülh sazişinin imzalaması üçün imkanlar var. Belə olan halda isə görüşlərin keçirilməsi təkrarlanır. İctimaiyyət görsə ki, tərəflər bir-birinə doğru addım atmırlar, o zaman görüş mahiyyətini itirmiş olur.
– Düşünək ki, sabah sülh sazişi imzalandı, Qarabağ ermənilərinin Azərbaycanda qalacağına razılıq verilir və biz artıq Qarabağa köçürük. Sizcə, bu müqavilə imzalandıqdan sonra azərbaycanlılar ata-baba yurdlarında rahat yaşaya biləcəklərmi? Yoxsa, elə hər zaman erməni təxribatlarına məruz qalma riski ilə üz-üzə qalacağıq?
– Bunun üçün zaman tələb olunacaq. Amma əgər hökumət suverenliyi tam şəkildə bərpa etsə, zamanla hər şeyi yoluna qoymaq olar. Kim qalmaq istəyirsə, qalsın, getmək istəyənə yaxşı yol. Kimisə nəyəsə məcbur etmirik. Biz erməniləri qovmuruq, əksinə, onlara getməkləri üçün şərait yaradırıq. Hətta beynəlxalq təcrübəyə uyğun olaraq onların gedə bilməkləri üçün avtobus da təşkil edə, əmlaklarına görə kompensasiya da ödəyə bilərik.
– Kompensasiyadan danışdıq. Sizcə, Ermənistan bizə vurduğu ziyana görə təzminat ödəyə biləcəkmi?
– Mən hələ nazir olan zaman da bunu müzakirə edirdik. İqtisadçıların dəymiş ziyanı dəqiq hesablaması lazımdır. Düzdür, bu, uzun prosesdir, amma biz haqqımızı tələb edəcəyik və etməliyik də.
– Təzminat ödəyə bilmədikləri halda, Ermənistandan ərazi tələb edə bilərikmi?
– İlk növbədə iddia verir və məhkəmə qərarını alırıq ki, doğrudan da Ermənistan bizə filan qədər təzminat ödəməlidir. Əgər qarşı tərəf pulu olmadığını bildirərsə, artıq onun helikopteri, gəmisi, təyyarəsi və ya digər bahalı əmlakı varsa, ona həbs qoyulmuş olur. Onlar satıldıqca, bizə təzminatı pul şəklində ödəməli olacaqlar. Əsas məhkəmənin qərar qəbul etməsidir. Ərazini isə Ermənistan tərəfi özü təklif edə bilər. Bu mexanizm də var.
– Sülh sazişi daha çox kimə lazımdır?
– Sülh sazişi Ermənistanın maraqlarına daha çox uyğundur. Çünki sülh sazişi olmasa, artıq müharibə başlayacaq. Amma bu gün Ermənistanda döyüşmək üçün heç silah da yoxdur. Onlar bunu dərk etməlidirlər. Ona görə də, sülh müqaviləsi imzalanarsa onlar üçün nə gözəl, imzalanmazsa, yenə zərəri onlar görəcək. 30 il sazişsiz yaşamışıq, yenə də yaşaya bilərik.
Rusiya ilə Yaponiya arasında bu günə kimi sülh sazişi imzalanmayıb, amma bir-birinin ölkəsində səfirlikləri var. Biz özümüzü sülh müqaviləsi ilə yormayaq, düşünməyək ki, bizə bu saziş mütləq lazımdır.
Əslində, Ermənistan rəhbərliyi hər şeyi çox yaxşı başa düşür, o bilir ki, saziş imzalamasa, alternativ variant müharibədir. Ona görə də, Paşinyan sülh sazişi imzalamağa həvəslidir.
– Yəni bundan sonra müharibə ehtimalı var deyirsiniz….
– Bəli, bunun başqa yolu yoxdur. Xoşluqla istəmirlərsə, biz də müharibə elan edəcəyik.
– Yaxşı, deyək ki, Paşinyan və ya ümumi hakimiyyət bunu anlayır və sülh sazişi imzalamaq istəyir. Axı erməni xalqı sülh olmasını qəbul etmək istəmir…
– Bu, Paşinyanın bu sazişi öz xalqına necə təqdim edəcəyindən asılıdır. Gərək adam hər şeyi ətraflı izah etsin, sülh sazişi imzalanmadığı təqdirdə müharibənin yenidən başlayacağını, iqtisadiyyatlarının yerlə süründüyünü, xeyli sayda əsgərlərin öləcəyini desin. İnsanlara müharibə etmək üçün imkanların olmadığını açıq bəyan etməlidir.
– Axı iqtisadiyyatdının artdığını iddia edirlər.
– Yalandan deyirlər Ermənistan iqtisadiyyatı inkişaf edib (gülür). Bu, nağıldır. Ermənistan kiçik ölkədir. Bəlkə ona görə onun üçün 10 faiz artım böyük görünür. Amma xalqa iki yol təklif etməlidir: ya sülh sazişi imzalanır, ya da müharibə başlayır.
– Sizcə, bu təklifdən sonra erməni xalqı Paşinyanla razılaşacaq?
– Belə başa düşürəm ki, Paşinyan erməni əhalisinin ona dəstək olacağından əmindir. O bilir ki, insanlar müharibə istəməyəcəklər. Onlar onsuz da mitinq həvəskarlarıdırlar. Hər xırda şeydə “mitinq” keçirib özlərini reklam edirlər. Amma Paşinyan bu gün Azərbaycan ərazisini tanıdığını deyirsə, deməli, əhalidən dəstək hiss edir. Fikir verin, 3 ildir adam bu məsələni uzadırdı. O dəstək görməsə idi belə çıxış etməzdi. Rəhbər xalqdan dəstək gördüyü zaman irəli gedir.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Vlahoviç yoxdursa, Oh var! - "Beşiktaş" Avropada xarüqə yaradır
Bugün, 00:52 İDMAN
-
Türkiyə Prezidentnin keçmiş müşavirinin qızı saxlanıldı - Narkotiklə...
Bugün, 00:32 SİYASƏT
-
Kamal Kılıçdaroğlu Gürsel Tekinlə vidalaşdı - CHP-nin İstanbul təşkilatının sədri postuna başqası gətirildi
Bugün, 00:19 SİYASƏT
-
Odessada supermarket kamikaze dronla belə vuruldu - FOTO
Bugün, 00:12 DÜNYA
-
5000 qadınla yatdığı ilə öyünürdü, indi mühakimə olunur - Məşhur komediyaçı məhkəməyə çıxarıldı
Bugün, 00:11 MƏDƏNİYYƏT
-
"Samsunspor"da yeni məşqçi təyinatı olub
Bugün, 00:04 İDMAN
-
XİN Bakıdakı toplantının uğurlarını sadalayıb - SİYAHI
Bugün, 00:01 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 GÜNDƏM
-
Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub
15.10.2026, 23:43 KRİMİNAL
-
Konfrans Liqası: "Trabzonspor" Finlandiya komandasına qalib gəldi
15.10.2026, 22:40 İDMAN
-
20 il qırıcı pilotu oldu, indisə Çempionlar Liqasında tarix yazır
15.10.2026, 21:58 İDMAN
-
Husi üsyançıları Yəməndə Prezident Sarayını vurub - Baş nazir və hökumət üzvləri salamatdırmı?
15.10.2026, 21:26 GÜNDƏM
-
İsrail prezidenti Bakıda Çin XİN başçısı ilə nəyi müzakirə edib? - AÇIQLAMA + FOTOLAR
15.10.2026, 21:12 SİYASƏT
-
Türkiyədə aparıcı həbs olundu
15.10.2026, 20:40 PRESS
-
BAKIDA MÖHTƏŞƏM TOPLANTI... - Prezident çıxış etdi + FOTOLAR (YENİLƏNİB)
15.10.2026, 20:01 GÜNDƏM
-
"Turan Bank" ASC 9 aylıq hesabat verib
15.10.2026, 19:56 İQTİSADİYYAT
-
İran Hörmüz boğazına 100% nəzarət etdiyini iddia edir: "ABŞ-da benzin qiymətləri niyə bu qədər yüksəlib?"
15.10.2026, 19:54 DÜNYA
-
İran Prezidenti: "İnqilabdan bəri heç vaxt bu qədər güclü təzyiq və çətinliklə üzləşməmişik"
15.10.2026, 19:23 DÜNYA
-
"Azərişıq"la bağlı daha bir qərar imzalandı
15.10.2026, 18:52 İQTİSADİYYAT
-
İtaliyada məşhur klubun prezidentini öldürmək istəyirlər: "İki tapança ilə gəzirəm"
15.10.2026, 18:18 İDMAN
-
İstanbulda yağan leysan... - Göllərdə içməli su ehtiyatı bir gündə bu qədər artdı
15.10.2026, 18:11 DÜNYA
-
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verildi
15.10.2026, 18:00 GÜNDƏM
-
Rəşad Məcid şura sədrliyindən gedir - Açıqlama
15.10.2026, 17:49 PRESS
-
Bu həkimlərin maaşlarına əlavənin müddəti uzadıldı
15.10.2026, 17:43 CƏMİYYƏT
-
Əli Əsədov Cəbrayılla bağlı qərar imzaladı
15.10.2026, 17:31 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
15.10.2026, 17:20 İQTİSADİYYAT
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb
15.10.2026, 17:06 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
15.10.2026, 17:00 İQTİSADİYYAT
-
TÜRKİYƏ ERKƏN SEÇKİYƏ GEDİR - Ərdoğanın müşaviri tarix açıqladı
15.10.2026, 16:46 GÜNDƏM
-
BAKI BƏYANNAMƏSİ QƏBUL OLUNDU
15.10.2026, 16:27 GÜNDƏM
-
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15.10.2026, 16:20 GÜNDƏM
-
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - FOTOLAR
15.10.2026, 16:11 GÜNDƏM
-
Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu geri şəkildi - Mətbuat Şurası İH-yə kimlər namizəddir?
15.10.2026, 15:47 PRESS
-
İstanbulda güclü yağışa görə ölənlərin sayı artıb - 4 nəfər isə itkin düşüb
15.10.2026, 15:47 GÜNDƏM