KÜRD PARTİYALARI QƏRARINI VERDİ: "Ərdoğanla yol gedə bilmərik..." - Bəyanat (YENİLƏNİB)

img

25-05-2023 [14:57]


Bu gün kürdlərin birləşdiyi Yaşıl Sol Partiyası və HDP liderləri 28 may seçkiləri ilə bağlı yekunn qərarlarını açqılayıblar.

Mia.az xəbər verir ki, brifinqdə hər iki partiyanın adından çıxış edən HDP həmsədri Pərvin Buldan mövcud sistemə qarşı birləşən milyonlarla səsin daha çox azadlıq, daha çox demokratiya, daha çox rifah tələbi üçün olduğunu deyərək, Ərdoğanıı tənqid edib.

O, Ərdoğan iqtidarını ölkədəki problemlərin mənbəyi sayaraq, onu dəstəkləmələrinin mümkün olmadığılnıd eyib: "Öncəliklə qeyd etmək istərdik ki, heç bir siyasi hesab və maraq yoxsulların, zəhmətkeşlərin, qadınların, gənclərin gələcəyindən dəyərli ola bilməz. Biz bilirik ki, Cumur İttifaqının siyasəti ancaq demokratiya, ədalət və azadlıq prinsipləri ilə durdula bilər. Bu münasibətlə cəmiyyətin ümumi maraqları və demokratik, bərabər və azad gələcəyindən başqa heç bir qayğısı olmayan, heç bir gizli bazarlıq və şərt qoymayan HDP/Yaşıl Sol Partiyasının mövqeyini təqdim etmək istərdik".

"Ərdoğan bizim üçün heç vaxt seçim deyil və yeganə seçim onu ​​və təmsil etdiyi hakimiyyəti dəyişməkdir", - deyən Pərvin Buldan Kamal Kılıçdaroğluna dəstək verdiklərini elan edib.

O, xalqa səslənərək, 28 may günü səsvermədə aktiv iştirak etməyə çağırıb: "Biz birlikdə tək adam rejimini dəyişəcəyik".

***

Zəfər Partiyasının başqanı Ümit Özdağın Kamal Kılıçdaroğlunu dəstəkləməsindən sonra bir araya gələn kürdlərin siyasi partiyaları - Yaşıl Sol Partiyası və HDP liderləri bu gün toplaşıblar.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 14 may seçkisində Kamal Kılıçdaroğluna birmənalı dəstək verən partiya liderləri təxminən iki saat davam edən toplantıdan sonra yazılı açıqlama yayıblar.

4 bəndlik yazılı açıqlamada Milllət İttifaqının liderinin "Zəfər" sədri ilə imzaladığı protokoldakı "bələdiyyələrə qəyyumların təyinatı"nın qəbuledilməz olduğu deyilir.

Bildirilir ki, bu, seçilmiş insanların haqlarına kobud müdaxilə ilə bərabər, demokratiya və hüquq baxımından ümumbəşəri prinsiplərə ziddir.

Həmin 4 bəndlik bəyanatı aşağıda olduğu kimi təqdim edirik:

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR