Bakıda silsilə oğurluq edən şəxs tutulub

img

22-05-2023 [11:19]


Bakıda evlərdən və avtomobildən silsilə oğurluq edən şəxs tutulub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15 900 manat, 1222 lirə, 12 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR