"Xetafe" türk qolçuya qiymət qoydu: 20 milyon

img

17-05-2023 [15:01]


Potuqaliyanın "Benfika" komandası "Xetafe"də çıxış edən türk oyunçunu transfer etmək istəyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Benfika" "Enes Ünala rəsmi təklif göndərməyə hazırlaşır. 

Bu barədə açıqlama verən "Xetafe"nin prezidenti Angel Torres deyib ki, Enes Ünal çox yaxşı və heyrətamiz bir insandır: "Enes kimi bitirmə yetənəyinə sahib bir qolcunu tapmaq asan deyil. İtalya və İngiltərədən bir çox klub onu istədi, ancaq hələ masada real təklif yoxdur".

İspaniya mətbuatı yazır ki, klub rəhbəri "Benikfa"nın təklifi barədə hələlik danışmaq istəməyib: "Ancaq fakt budur ki, klub Enesə 20 milyon avro qiymət qoyub".

Xatırladaq ki, Enes Ünal bu mövsüm "Xetafe"də 36 oyun keçirib. O, bu oyunlarda 15 qol vurub.

Fərid
 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA