Ömürlük məhkuma daha 18 il həbs cəzası verilib - Bakıda

img

17-05-2023 [14:20]


Həbsxanada kamera yoldaşını öldürməkdə təqsirləndirilən ömürlük məhkum Zahidikəhriz Abbasova hökm oxunub və o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Mia.az Report-a istinadla xəbər veirr ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, ömürlük həbs cəzası alan və 29 ildir məhkum həyatı yaşayan Z.Abbasov mübahisə zəminində eyni kamerada saxlanılan ömürlük məhkum Oleq Abişevə ağır bədən xəsarətləri yetirib. Oleq Abişev bir neçə gün sonra müalicə müəssisəsində vəfat edib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Z.Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. O.Abişev isə anası və qardaşını öldürməkdə ittiham olunaraq ömürlük azadlıqdan məhkum olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR