"Fənərbaxça" yapon futbolçuya "qarmaq" atıb

img

17-05-2023 [13:28]


"Fənərbaxça" Arda Gülərin komandadan ayrılması ehtimalına qarşı alternativini tapıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul klubu  Frankfurt "Ayntraxt"ında çıxış edən yapon futbolçunu "qaralayıb".

Türkiyənin "Axşam" qəzeti yazır ki, "Fənərbaxça" Arda Gülərin satılması halında gənc ulduzun yerinə yapon oyunçu Kamadanı alacaq: "Klub mencerləri indidən bazar dəyəri 30 milyon avro olan yapon futbolçunu yaxından izləyir. Alman komandası ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Kamadanın taransfer haqqının olmaması "Fənərbaxça"nın iştaahını artırıb".

Məlumatda deyilir ki, yaponiyalı futbolçu yüksək maaş itəklifi ilə İstanbla gələə biləcəyinin anonsunu veirb.

Xatırladaq ki, Kamada bu mövsüm "Frankfurt"da 44 rəsmi oyunda çıxış edib. 26 yaşlı futbolçu bu matçlarda 15 qol vurub, 6 məhsuldar ötürmə edib.

Fərid
 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA