Yevlaxda əməliyyat: onlar saxlanıldı - FOTO

img

13-05-2023 [18:07]


Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyatlar zamanı saxlanılan 6 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış, rayon sakini Ağadur Rəhimov saxlanılıb.

Onun üzərində aparılan baxış zamanı çəkisi 1 kiloqram 520 qram olan heroin aşkar edilərək götürülüb. Bundan başqa rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış silsilə tədbirlər nəticəsində daha 5 nəfər də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Həmin şəxslərdən heroin, güclü təsiredici xassəyə malik həblər və marixuana kimi narkotik vasitələr aşkar edilərək götürülüb. Saxlanılanlardan 4 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR