Avropa və Konfrans liqaları: "Roma" uddu, "Yuventus" isə... - İngilis və isveçrəlilər rəqiblərini cəzalandırdı (FOTOLAR)

img

12-05-2023 [00:55]


Bu gün Bakı vaxtı ilə saat 23.00-da  Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Mia.az xəbər verir ki, "Yuventus" öz meydanında  "Sevilya"ya məğlubiyyətdən son dəqiqədə (90+6) qurtulub - 1:1

"Roma" isə "Bayer"lə "döyüş"dən qalib ayrılıb - 1:0

Xatırladaq ki, bu cütlüklərin cavab oyunları mayın 18-də keçiriləcək.

***

Bu gün Bakı vaxtı ilə saat 23.00-da Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına da start verilib.

Mia.az xəbər verir ki, İtaliyanın "Fiorentina" komandası İsveçrənin "Bazel" komandası ilə qarşılaşıb.

Bu oyunda da sürpriz nəticə alınıb. Belə ki, "Bazel" son dəqiqədə qələbə qolunu vurub - 1:2

Hollandiyanın  "AZ Alkmaar" komandası isə İngiltərənin "Vest Hem" komandasını sınağa çəkib və oyun ingilislərin xeyrinə başa çatıb  - 1:2 

Xatırladaq ki, bu komandalar arasında cavab oyunları mayın 18-də keçiriləcək.

Fərid

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA