Selçuk İnan superliqa komandalarından biri ilə danışıqlar aparır

img

11-05-2023 [18:18]


"Kasımpaşa"da uğursuzluğa görə istefa verən Selçuk İnan superliqa komandalarından biri ilə danışıqlar aparır.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, gənc məşqçi Boğaziçi Universiteti İdman Şurasının təşkil etdiyi "5-ci İdman Zirvəsi"ndə tələbələrin suallarını cavablandırıb.

Kasımpaşanın əvvəlində 12 oyun keçirən və daha sonra yollarını ayıran Səlcuq İnan deyib ki, başlanğıcda adam hədəflərini müəyyən edir: "Bir yol xəritəsi çəkirsən, amma qarşına bəzi maneələr çıxa və bütün planlarını poza bilər. Mənim futbolda öz mövqeyim və baxış bucağım var. Bu mövqeyimdən vaz keçmədiyim üçün o zaman "Kasımpaşa"dan ayrılıq hər iki tərəf üçün doğru idi".

İnan bildirib ki, yeni mövsümdə güman ki, məşqçi kimi yenidən super liqadada görünəcək.

O, israrlara baxmayaraq, hansı komanda ilə anlaşmaq üzrə olduğunu deməyib.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA