"Qalatasaray" argentinalı qolçu ilə danışıqlara başlayıb - Menecer anons verib

img

10-05-2023 [00:05]


"Qalatasaray" PSJ-dın icarəyə götürdüyü Mario İkardinin transfer prosesini btirmək üzrədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə argentinalı hücumçunun meneceri Elio Pino "Qalatasaray" klubunun toplantı otağından paylaşım edib.

O, paylaşımında "Görüş" deyə yazmaqla, milyonlarla "Qalatasaray"ının Tviterdə "bu transfer artıq bitdi" tvitini atmağa sövq edib.

Xatırladaq ki, argentinalı futbolçu ötən həftələrdə Argentina mətbuatına verdiyi açıqlamada Türkiyədə qalmaq istədiyini deyib: "Özümü Türkiyənin ən yaxşı futbolçusu kimi hiss edirəm. Birmənalı olaraq "Qalatasaray"da qalmağı planlaşdırıram".

İkardinin rəsmən mənsub olduğu PSJ ötən ay onun satışı üçün 15-17 milyon avro transfer haqqı təyin edib.

Onu da qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm Super Liqada 20 matçda 15 qol vurub, 7 məhsuldar ötürmə verib.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA