"Qalatasaray" daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb - Açıqlama

img

08-05-2023 [16:52]


"Qalatasaray" daha bir oyunçusu ilə müqavilənin müddətini uzadıb.

Mia.az xəbər verir ki, klub Barış Alper Yılmazla müqaviləni 2026-2027 mövsümünün sonuna qədər artırıb.

İmzalanma mərasimindən sonra klubun televziyasına açıqlama verən 22 yaşlı cinah oyunçusu Barış Alper Yılmazla deyib ki, "Qalatasaray"da oynamaqdan çox xoşbəxtdir: "2 ildir “Qalatasaray” formasını şərəf və qürurla geyinirəm. Uzun illər “Qalatasaray”ın formasını geyinmək istəyirəm. Mənə güvənən klub rəhbərliyinə və texniki heyətimizə, xüsusən də klub prezidentimizə təşəkkür edirəm. Ümid edirəm ki, bu il çempion olacağıq və gələn mövsüm Qalatasaray forması ilə Avropada tər tökəcəyəm”.

Fərid 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA