İraq Təmsilçilər Məclisi İnsan Haqları Komissiyası başqanı Mia.az-a danışdı: "Əgər onların ad və soyadları bizə verilsə..."

img

02-05-2023 [17:28]


Bu günlərdə Azərbaycanın sosial şəbəkədə İraqın qadın həbsxanasından reportaj paylaşılıb.

Mia.az xəbər verir ki, İraqın həbsxanalarında cəza çəkən qadınlar arasında azərbaycanlıar da var.

Yayılan məlumata görə, İraq qadın həbsxanalarındakı azərbaycanlı qadınlar vaxtı ilə həyat yoldaşları ilə bərabər İŞİD terror təşkilatının sıralarında müxtəlif döyüşlərdə iştirak ediblər. 

İŞİD terror təşkilatı məhv edildikdən sonra İraq Hərbi məhkəməsi tərəfindən kişi terrorçular edam olunub, onların qadınlarına isə müxtəlif cəzalar kəsilərək həbsxanalara göndərilib.

Məsələ ilə əlaqədar olaraq İraq Təmsilçilər Məclisi İnsan Haqları Komissiyası Başqanı, Kərkük Millət Vəkili Ərşad Salehi ilə Mia.az-a açıqlama verib.

Ərşad Salehinin açıqlamasına görə, İraq savaşı sona çatandan dərhal sonra İraq xalqı müharibənin vurduğu yaraları sağaltmağa çalışıb: "Təbii ki, İlk sırada İŞİD terrorçuları məhkəməyə çəkildi. Bütün ölkələrdən bölgəmizə gələn İŞİD "könüllüləri"ndən kişiləri edam edildi, qadınlar isə məhkəməyə çəkildi. Uzun araşdırmalardan sonra təqsirləri subuta yetirilən qadınların bəziləri edam hökmü ilə cəzalandı, bəziləri isə ömürlük həbsə məhkum olunub. O qadınların arasında 1000-ə yaxın Azərbaycan və Türkiyə vətəndaşı olan qadınlar da var".

Millət vəkili Mia.az-a deyib ki, bir il əvvəl Azərbaycan səfirliyi və diğər qurumların köməyi ilə azərbaycanlı qadınların həbsxanada dünyaya gətirdiyi  200 uşaq Azərbaycan dövləti tərəfindən ölkənizə aparılıb: "Həbsxanada qalan qadınlara gəldikdə isə, onların hamısının əli İraq xalqının qanına batıb. İraqda müharibə zamanı şəhid olmuş, yaralanmış ailələrin İŞİD qadınlarına qarşı qəzəbi böyükdür. Onlar həbsdəki qadınların azad olunmasına qarşıdırlar. O qadınlar hər hansı səbəblə həbsxanadan azad olarlarsa, İraq xalqı buna çox kəskin şəkildə etiraz edər".

Daha sonra Ərşad Salihi bildirib ki, əgər Azərbaycan tərəfi İraq həbsxanalarında saxlanılan azərbaycanlı qadınların ad və soyadlarını ona verərsə, bu məsələni nəzarətə götürərlər: "Biz komissiya yaradaraq təkrar onların cinayət işlərini araşdıra bilərik".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR