Zahid Orucdan Türkiyədəki seçkilərə reaksiya: ”Seçkilərin nəticələri Çanaqqala və Şuşa Zəfərini...” - VİDEO

img

02-05-2023 [11:29]


"Beynəlxalq təhlükəsizlik sisteminin hazırki böhran şəraitində Türkiyədə keçirilən prezident seçkiləri müstəsna əhəmiyyət daşıyır".

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisiin komitə sədri, Sosial Tədiqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, mühüm beyin mərkəzləri, eləcə də "Washington Post", "Bloomberg" kimi nüfuzlu dərgilər seçki nəticələrini Vaşinqton və Moskva ilə birlikdə, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrika ölkələrində geosiyasi və iqtisadi hesabları yenidən dəyişəcək hadisə adlandırır:

"Göründüyü kimi, son 20 ildə sürətli dəyişikliklərlə mənəvi və siyasi coğrafiyasını genişləndirən Türkiyə “bölgə dövləti” statusundan çıxıb. Bəli, Türkiyədəki seçkilər təkcə ölkəiçi hadisə deyil. Çin seçimlərdə kimə üstünlük verdiyini açıq bildirir, Rusiya prezidenti Akkuyu atom stansiyası ilə nüvə klubuna qoşulan Ərdoğanı dünyada lider böhranı şəraitində əvəzolunmaz adlandırır".

Zahid Oruv deyir ki, Azərbaycan xalqının Türkiyəyə xüsusi rəğbətinin kökündə başlıca olaraq, Ulu öndərin “bir millət, iki dövlət” ideyasının gerçəkləşməsi və Vətən müharibəsində Qələbəmizə göstərilən mənəvi-siyasi yardım dayanır: "Halbuki Azərbaycanı 1991-ci ildə ilk tanıyan dövlətlə strateji müttəfiqliyə yalnız 2010-cu nail olundu. Əgər 90-cı illərdə Türkiyə Azərbaycana iki vertolyot verməkdə risq görürdüsə, 2020-ci ildə F-16 təyyarələrinin ölkəmizdə varlığı xarici təhlükələrə qarşı birgə savaşın simvoluna çevrildi. Nəticədə “işğala məruz qalan ölkə” statusu dünyada “tək qalib dövlət” səviyyəsinə yüksəldi, Çanaqqala və Şuşa Zəfəri eyni Qurtuluş hərəkatı adlandı.

Ona görə də Sosial Tədqiqqatlar Mərkəzi Türkiyədə keçirələcək seçkilərə cəmiyyətimizin münasibətini öyrəndi. Bəlli oldu ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti, yəni 83.8%-nin Türkiyənin seçkilərlə bağlı siyasi gündəmini izləyir, 73.3%-i nəticələri ölkəmiz üçün çox əhəmiyyətli sayır.

Vətəndaşlarımızın 90.4%-i seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyir, yalnız 5.1%-i Kamal Kılıçdaroğlunu qalib görməyi arzu edir. Rəcəb Tayyib Ərdoğana rəğbətin səbəbləri Vətən müharibəsində Qələbəyə göstərdiyi prinsipial dəstəyə, azad olunan torpaqlara səfərləri və Zəfərimizin simvolu olan Şuşada imzalanan hərbi-siyasi müttəfiqlik bəyannaməsinə, İranın ölkəmizə artan təzyiqlərinə qarşı göstərdiyi qətiyyətli mövqeyə, Ermənistanla aparılan “sülh danışıqları”nda birgə hərəkətə, Rusiya-Ukrayna müharibəsində Türkiyəni lider edən müstəqili siyasətə görədir.

Respondentlərin 68.7%-i seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını bildirib, 26.0% isə hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan müttəfqliyinin inkişaf edəcəyinə inamını ifadə edib".

Komitə sədrinin fikirincə, nəticələr bir daha sübut edir ki, Azərbaycan cəmiyyəti Türkiyənin gələcək siyasətinin dəyişməməsini gözlənilən sülh müqaviləsi, Zəngəzur yolunun açılması, türk və islam dünyasında Türkiyənin liderlik rolunun davam etdirilməsi, o cümlədən Yaxın Şərq və beynəlxalq münasibətlər sistemi üçün əhəmiyyətli sayır: "Beləliklə, min illərdir qüdrətli dövlətlər qurmağı bacaran bir millət gələcək taleyini də məhz özü müəyyənləşdirib və inanırıq ki, hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan birliyi sarsılmaz, əbədi və dönməz olacaqdır".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub