Jurnalist Lev Əsgərov vəfat edib: "Mogikan məbədə çevrilir..."

img

01-05-2023 [17:46]


Uzun sürən xəstəlikdən sonra Azərbaycan rusdilli jurnalistikasının parlaq imzalarından biri, görkəmli publisist, istedadlı yazıçı Lev Əsgərov dünyasını dəyişib.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Eynulla Fətullayev açıqlama yayıb: "2013-cü ildən Lev Əsgərov haqqin.az-ın redaksiyasında, bizimlə çiyin-çiyinə çalışıb. Lev Mobut oğlunun vəfatı rusdilli jurnalistika və publisistikası üçün dəhşətli itkidir. Əsgərov kimi söz ustadlarını, təəssüf ki, heç kim əvəz etməyəcək. Böyük boşluqlar qalır. Mogikan məbədə çevrilir...".

Xatırladaq ki, Lev Əsgərov SSRİ Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü idi!

Allah rəhmət eləsin!

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR