Təl-Əvivin planı, Pəhləvinin etirazı... - Politoloqdan 32 deputatın təklifinə şərh

img

01-05-2023 [15:41]


İsrail parlamentinin 32 deputatı xarici işlər naziri Eli Kohenə Güney Azərbaycanla bağlı təklif verib.

Mİa.az xəbər verir ki, təklifdə Güney Azərbaycanın formalaşdırılmasına dəstək verilməsi öz əksini tapıb.

Diqqətçəkən məqam isə bu təklifin İsrail xarici işlər naziri Eli Kohenin Bakıya səfərindən az sonra üzə çıxmasıdır.

İsrail parlamentinin 32 deputatının xarici işlər naziri Eli Kohenə Güney Azərbaycanla bağlı verdiyi bu təklif Güney Azərbaycanın öz müqəddəratını təyin etməsi baxımdan ilk xarici dəstək kimi qiymətləndirilə bilər.

Bu və ya digər məqamla bağlı Mia.az-a açıqlama verən polistoloq Turan Rzayevin sözlərinə görə, məsələ ondadır ki, İsrail uranı zəngiləşdirməkdən vaz keçmədiyini və bu proses davam edəcəyi təqdirdə, nüvə silahı əldə edəcəyini yaxşı bilir: "Buna görə də Təl-Əviv Tehrana qarşı bütün təzyiq rıçaqlarından istifadə etmək niyyətindədir.

Misal üçün, İsrail İrana qarşı təzyiq rıçağı kimi devrilmiş şah Məhəmməd Rza Pəhləvinin oğlu vəliəhd şahzadə Rza Pəhləvini və digər müxalif qrupları dəstəkləyir. Lakin bu kifayət deyil.

İranda hakimiyyətin dəyişməsi bu ölkənin imperialist maraqlarında dəyişikliyə səbəb olmayacaq. Hazırkı teokratik rejimlə şah rejimi arasında daxili və xarici siyasət baxımdan ciddi fərq yoxdur. Bunu İsrail də yaxşı bilir və hesab etmək olar ki, Knessetin 32 deputatının xarici işlər naziri Eli Kohenə Güney Azərbaycanla bağlı təklifi Təl-Əvivin İran planının şifrələrini açır".

Politoloqun fikirincə, İsrail indiki məqamda İran təhdidinin aradan qalxması üçün bir neçə ölkəyə bölünməsində maraqlıdır: "Bu bölünmənin ən önəmli komponenti isə Güney Azərbaycanın öz müqəddəratını təyin etməsidir. Fikirmcə, Təl-Əviv bununla iki əsas hədəfə nail olmaq istəyir:

Birincisi, Güney Azərbaycanın müstəqil olması İsrailin Cənubi Qafqazdakı əsas strateji tərəfdaşı və müttəfiqi Azərbaycanın təhlükəsizliyi baxımdan önəmlidir. Daha kiçik bir İran Azərbaycan üçün daha az təhlükə ehtiva edir.

İkincisi, Güney Azərbaycanın müstəqil olması İranın iqtisadiyyatı üçün ciddi zərbə deməkdir. Belə ki, Güney Azərbaycan İransız təkbaşına ayaqda qala bilər, lakin İran Güney Azərbaycansız ayaqda qala bilməz. Cənub qonşumuzun bir çox sənaye və hərbi obyektlərinin məhz Güney Azərbaycanda yerləşdiyini nəzərə alsaq, bu itkinin nüvə proqramının dayanmasına gətirəcəyini demək olar".

Politolq deyir ki,  Rza Pəhləvi İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müraciətini “qəbulolunmaz hərəkət” adlandırıb. O, Knesset üzvlərinin bu müraciətini İranın ərazi bütövlüyünə qarşı addım kimi dəyərləndirib: “Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksəkrütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Qüdsdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”, – o qeyd edib.

Pəhləvinin etirazı indiki məqamda Təl-Əviv üçün əhəmiyyət kəsb etmir. Düzdür, Pəhləvi İsrailin İrana təzyiq rıçaqlarından biridir, lakin ona verilənlərlə yetinməlidir. Təl-Əviv Pəhləvini İran şahı olaraq tanıya bilər, lakin Güney Azərbaycanın şahı ola bilməz. Çünki şahzadənin vahid İran şahı olması gələcəkdə onun timsalında İran-İsrail gərginliyinin yenidən alovlanmasına gətirib çıxara bilər. İsrail isə bütün bunların baş verməsini istəmir".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR