Rəsmi Bakıdan Fransa XİN başçısının İrəvandakı fikirlərinə reaksiya: "Ermənistan hələ də 8 kəndimizi işğalda saxlayır"

img

28-04-2023 [17:40]


"Azərbaycanı Ermənistanın ərazilərinə müdaxilədə ittiham edən əsassız iddiaları səsləndirənlərə 30 il ərzində işğal və etnik təmizləmə siyasətini aparan tərəfin Ermənistan olduğunu xatırlatmaq istərdik. Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində "səy" göstərən tərəf kimi göstərən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb".

Mia.az xəbər verir ki, bu sözlər Fransa və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı zamanı Fransanın XİN başçısı Katrin Kolona tərəfindən səsləndirilmiş əsassız iddialara dair Azərbaycan Xarici İşlər Nazirliyinin cavabında yer alıb.

XİN-dən bildirilib ki, Ermənistan tərəfi indiyə qədər hələ də Azərbaycan ərazisindən silahlı qüvvələrini tam olaraq çıxarmayıb, Azərbaycanın 8 kəndini işğaldan azad etməyib və hərbi-siyasi təxribatları davam etdirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR