Ceyhun Bayramov Fransa XİN başçısı ilə bir arada: "ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlar proesinə qayıdıb" - Ketrin Kolonna isə...

img

27-04-2023 [14:29]


“Azərbaycan Laçın yolunda şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atıb”.

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün Laçın yolu açıqdır və üç istiqamətdə istifadə oluna bilər.

Ceyhun Bayramov əlavə edib ki, biz sülh prosesinə inanmasaydıq, bunun təşəbbüskarı olmazdıq: "Azərbaycan sülh istiqamətində addımlar atıb: “Biz ABŞ-a öz təşəkkürümüzü bildiririk. ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlar proesinə qayıtdığını açıqlayılb. Biz bu prosesdə iştirak edəcəyik. Sülh prosesinin irəli aparılması üçün əlimizdən gələni edəcəyik”.

Nazir əlavə edib ki, Fransalı həmkarı ilə Avropa İttifaqının Ermənistandakı missiyası barədə müzakirə aparıblar: “Hesab edirik ki, bu missiya etimad mühitinin yaradılmasına diqqət etməli və Azərbaycanın legitim hüquqlarını nəzərə almalıdır. Təəssüf ki, missiya rəhbərliyinin yaxın keçmişdə verdiyi açıqlamalar missiyanın fəaliyyətinə xidmət etmir. Onlar təhrikedici açıqlamalar idi. Təbii ki, Azərbaycan bu açıqlamaya müvafiq reaksiya verib. Hesab edirik ki, sülh prosesinə mane olan açıqlamaların və addımların qarşısı alınmalıdır”.

Fransalı nazir Ketrin Kolonna isə deyib ki, ölkəsi Azərbaycanla Ermənistan arasında sülh üçün çalışır: "Biz hesab edirik ki, hər iki ölkə danışıqlar yolunu tutmalıdır. Bu gün sülh üçün şans var. Azərbaycan sülh üçün təşəbbüs göstərir. Biz bunu alqışlayırıq. Biz çox istəyik ki, sülh olsun”.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR